Bazar ertəsi , 14 Sentyabr 2026
Drone Cameras

Azərbaycanda hamilə qadın peyvəndə görə tələbəlikdən imtina edib

“Bu gün peyvəndləmə ilə əlaqədar ölkəmizdə gözəl işlər görülür və vaksinasiyanın nə qədər vacib olduğunu bilirik”.

Boyukmillet.com  xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O, bu sahədə olan bir problemə də toxunub: “Təəssüflər olsun ki, tələbə hamilə qadınlardan COVID-19 pasportu və immun sertifikatı tələb olunur. Bununla əlaqədar bir ana tələbəlikdən könüllü şəkildə imtina edib. Bu vəziyyətdə biz hamilə qadınlardan, uşaq əmizdirən qadınlardan pasport tələb edə bilmərik. Üniversitetlər bunu anlayışla qarşılamalıdırlar, onlardan pasport tələb etməməlidirlər”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu çox vacib məsələdir: “Ümid edirəm ki, universitetlər də bu məsələni diqqətdə saxlayacaqlar”.

Check Also

İrandan Azərbaycana 65 kq-dan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana paraplan vasitəsilə ümumi çəkisi 65 kiloqram 500 qram narkotik vasitə keçirilməsinin qarşısı alınıb. …