boyukmillet.com xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimə hazırlıq barədə raport verildikdən sonra diviziyanın döyüş bayrağı sıra meydanına gətirilib.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəis müavini, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Niyaməddin Tağıyev Sərhəd Diviziyasının maddi-texniki bazasının xeyli möhkəmləndirilməsindən, sərhəd zastavalarının müasir texnika, avadanlıq və ləvazimatlarla təmin olunmasından, yeni sərhəd infrastrukturu yaradılmasından danışıb, hərbi andı qəbul edən gənc əsgərləri təbrik edib. ,
Tədbirdə çıxış edənlər əsgərlərə onlara şərəfli xidmətlərində uğurlar arzulayıblar.
Sonra andiçmə mərasimi açıq elan olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Gənc əsgərlər vətəni ləyaqətlə qoruyacaqlarına, əsgəri borclarını şərəflə yerinə yetirəcəklərinə and içiblər.
Mərasim şəxsi heyət tribuna önündən təntənəli keçidi ilə başa çatıb.