Bazar , 8 Fevral 2026
Drone Cameras

Türkiyədə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna dair tədbir keçirilir

Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin Rəyasət Heyətinin və təşkilatın ümumi yığıncağının növbəti toplantısı işinə başlayıb.

Boyukmillet.com xəbər verir ki, toplantıdan öncə Beynəlxalq Assosasiyaya üzv ölkələrin dəmiryolu, liman administrasiyası, gəmi və nəqliyyat-logistika şirkətlərinin rəhbərləri Ankarada xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət ediblər. Ulu öndərin abidəsi önünə gül dəstələri düzülüb, dünya şöhrətli siyasətçinin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

Yığıncaqda mövcud vəziyyət, dəhlizin inkişaf istiqamətləri və perspektivləri, onun potensialından tam istifadə edilməsi üçün görüləsi zəruri işlər, marşruta yeni yüklərin cəlb edilməsi imkanları müzakirə olunur.

ASCO-nu toplantıda qurumun sədri Rauf Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Check Also

“IndiGo” İran ətrafındakı vəziyyətə görə Bakı daxil olmaqla bir sıra şəhərlərə uçuşları dayandırır

Hindistanın “IndiGo” aviaşirkəti İran ətrafında vəziyyətlə əlaqədar fevralın 28-dək Tbilisi, Almatı, Bakı və Daşkəndə bütün …