Şənbə , 28 Mart 2026
Drone Cameras

Nazir: “Azərbaycanda vergi qanunvericiliyinin təkmilləşdirilməsi davam etdiriləcək”

“Ölkə sisteminin dayanıqlığını artırmaqla əhalinin iqtisadiyyata, gəlirlərə əlçatanlığını təmin etməliyik”.

Boyukmillet.com xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov IX Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Qloballaşma və artan bərabərsizliklər” adlı paneldə deyib.

Onun sözlərinə görə, Azərbaycan vergi sahəsi ilə bağlı müəyyən normativ sənədlərin hazırlanması üzərində çalışır:

“Cəmiyyətin dəyərlərinə də biz diqqət yetirməliyik. Vergilər ölkədə olan şəraitlərə uyğunlaşmalıdır. Bununla bağlı qanunvericilik aktlarımızın təkmilləşdirməsini davam etdirəcəyik”.

Check Also

İlham Əliyev Fərman İMZALADI

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində …