Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə lideri: “İsveç və Finlandiya öhdəliklərini yerinə yetirməsə, NATO-ya üzv olmalarına icazə vermərik”

“Finlandiya və İsveçlə imzalanan anlaşma memorandumu bir başlanğıcdır, dəvətdir. Əsl olan verilən sözlərin həyata keçirilməsidir”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitinin yekunlarına dair mətbuat konfransında deyib.

“Bundan sonrakı prosesdə anlaşma memorandumunda qeyd olunan xüsusların tətbiq olunmasını diqqətlə izləyəcəyik və addımlarımızı buna uyğun atacağıq”, – dövlət başçısı bildirib.

Türkiyə lideri vurğulayıb ki, İsveç və Finlandiya əvvəlcə öz öhdəliklərini yerinə yetirməlidir: “Bundan sonra biz də məsələni parlamentimizdə müzakirə edərik. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, biz buna icazə vermərik. Makedoniya 20 ildə NATO-ya üzv oldu. Bu, o qədər asan məsələ deyil. Bunu İsveç də, Finlandiya da bilir”.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …