Bazar , 29 Sentyabr 2024
Drone Cameras

Türkiyədə iki həftə ərzində koronavirusa yoluxma 5 dəfə artıb

Türkiyədə son iki həftə ərzində koronavirusa yoluxanların sayında təxminən 5 dəfə artım qeydə alınıb

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca bildirib.

“Təkcə iyunun 27-dən iyulun 3-dək Türkiyədə koronavirusa yoluxanların sayı bir həftə əvvəlki ilə müqayisədə 114 faiz artıb. Son iki həftə ərzində artım demək olar ki, 5 dəfədir”, – açıqlamada deyilir.

Nazirin sözlərinə görə, əsas pay “omikron” ştamının payına düşür.

Koca bununla bağlı 50 yaşdan yuxarı vətəndaşları koronavirusa qarşı yeni peyvənd qəbul etməyə çağırıb.

Check Also

Putin oktyabrda Kazanda Ərdoğanla görüşməyi planlaşdırır

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı oktyabrda Kazanda keçiriləcək BRİCS sammitində gözlədiyini …