Çərşənbə , 11 Fevral 2026
Drone Cameras

Aydın Kərimov: “Daşaltıda bərpa işləri ilə bağlı baş planının hazırlanması son mərhələdədir”

“Daşaltı kəndində yenidənqurma və bərpa işləri ilə bağlı baş planının hazırlanması son mərhələdədir”.

Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşada keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, plan hazır olduqdan sonra kənddə yenidənqurma işlərinə başlanılacaq.

A.Kərimov bildirib ki, hazırda Şuşada yolların çəkilməsi, enerji, su, istilik təchizatı və s. ilə bağlı infrastruktur işləri davam etdirilir: “Şuşada evlərin inşası ilə yanaşı, məktəb və xəstəxana da tikilir”.

Prezidentin xüsusi nümayəndəsi bərpa olunan Daşaltı kəndinin turizm potensialından da danışıb.

Check Also

İlham Əliyev bu sazişi təsdiqlədi

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı …