“Beyin mərkəzləri dövlətin gələcək idarə edilməsi strategiyasının tərkib hissəsidir”.
Boyukmillet.com xəbər verir ki, bunu Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Beyin Mərkəzlərinin I Forumunda çıxışı zamanı deyib.
O qeyd edib ki, beyin mərkəzləri proqnozlar verir, gələcəyin mümkün ssenarisini hazırlayır: “Bu gün ayrı-ayrı regionlarda xəritələr yenidən cızılır. Bu beyin mərkəzləri üçün yeni çağırışdır. Analitik mərkəzlər qeyri-müəyyən gələcəyə hazır olmalıdır”.
S.Yusifovanın sözlərinə görə, siyasi qütbləşmə dünyadakı analitik mərkəzləri narahat edən məsələlərdəndir: “Hazırda beyin mərkəzlərinin qarşısında duran daha bir çağırış informasiyanın hazırkı sürətinə uyğunlaşmaqdır. İnformasiya texnologiyalarının inkişafı məlumat bolluğu yaradır və məlumatın toplanmasına asanlaşdırır. Lakin, eyni zamanda, dezinformasiyalar artır”.