Qanunsuz erməni silahlılarının Xocalı və Ağdamda uçuşlar həyata keçirməyə cəhd edən kvadrokopteri ələ keçirilib.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.
Azərbaycan Ordusunun bölmələrinin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.