Bazar , 29 Sentyabr 2024
Drone Cameras

DSX və DGK rəhbərliyi Naxçıvandakı sərhəd-gömrük buraxılış məntəqələrində olub

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsi sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırovun rəhbərliyi ilə hər iki qurumun nümayəndə heyətləri Naxçıvan MR-dakı sərhəd-gömrük buraxılış məntəqələrində olub.

Boyukmillet.com xəbər verir ki, Azərbaycanın Türkiyə ilə sərhədində yerləşən Sədərək, Azərbaycanın İranla sərhədində yerləşən Culfa və Şahtaxtı buraxılış məntəqələrində mövcud infrastrukturun vəziyyəti, əməkdaşların iş şəraiti ilə yaxından tanış olan rəsmilər xidmət səviyyəsinin daha da yüksəldilməsi, gömrük və sərhəd nəzarətinin səmərəli şəkildə reallaşdırılması, sərhədkeçmə proseslərinin sürətli həyata keçirilməsi, eləcə də beynəlxalq tranzitin daha da asanlaşdırılması ilə bağlı tapşırıq və tövsiyələrini veriblər.

Check Also

Zakir Quliyev: “Azərbaycanda su ehtiyatları 2070-2100-cü illərdə 30-35 % azalacaq”

Proqnoza əsasən, Azərbaycanda su ehtiyatlarının 2020-2050-ci illərdə 20-25 %, 2070-2100-cü illərdə isə 30-35 % azalması gözlənilir. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan …