Bazar ertəsi , 18 Noyabr 2024
Drone Cameras

İlham Əliyev: “Azərbaycanda Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əsas işlər yekunlaşıb”

“Azərbaycanda Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı əsas işlər yekunlaşıb”.

Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Azərbaycandan keçən nəqliyyat dəhlizlərinin inkişafı ilə bağlı sualı cavablandırarkən söyləyib.

“Biz nəqliyyat sahəsində layihələri uzun illərdir ki, icra edirik. Rusiya-Ukrayna müharibəsi bizim gördüyümüz işlərin əhəmiyyətini daha da artırır. Azərbaycan ərazisində həm Orta Dəhlizlə, həm də Şimal-Cənub dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb. Biz hesab edirik ki, təkcə Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən mərhələli qaydada 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər. Yəni bu, çox böyük rəqəmdir. Hazırda Azərbaycanın bütün tranzit imkanları bunun kiçik bir faizini təşkil edir. Ona görə Şimal-Cənub nəqliyyat dəhlizi Orta Dəhlizlə rəqabət apara biləcək layihədir”, – dövlət başçısı bildirib.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …