Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AYNA sahibkarlara göstərdiyi bir sıra xidmətləri yeni ünvanda təşkil edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sahibkarlıq subyektlərinə göstərdiyi bir sıra xidmətləri yeni ünvanda təşkil edəcək.

Boyukmillet.com xəbər verir ki, AYNA 2021-ci ildən etibarən beynəlxalq yük daşımaları üçün tələb olunan “İcazə” blanklarının daşıyıcılar arasında bölgüsünü şəffaf mexanizm əsasında həyata keçirir. Bölgüdə ictimai iştirakçılıq tam təmin olunur, yük daşıyıcılarının özləri də prosesdə iştirak edirlər. Daşıyıcılar bölgü nəticəsində onlara ayrılmış “İcazə” blanklarını bundan sonra İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan “Bakı KOB evi”ndə AYNA-nın əməkdaşlarından təhvil ala biləcəklər.

AYNA “Bakı KOB evi”ndə, həmçinin iriqabaritli yüklərin daşınması üçün icazə, “Fərqlənmə nişanı”, “Xüsusi fərqlənmə nişanı”nın verilməsi, avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması haqqında müqavilənin bağlanması, avtovağzalın (avtostansiyanın) fəaliyyət göstərməsi üçün pasportun verilməsi xidmətləri də göstərəcək.

“Bakı KOB evi”nin ünvanı: Bakı şəhəri, Akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …