Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Türkiyə səfirliyinin müşaviri zəlzələdə həlak olan azərbaycanlı tələbələrin valideynlərinə başsağlığı verib

“Türkiyədə bu gün etibarı ilə 36 minə yaxın insan zəlzələ nəticəsində dünyasını dəyişib. Onların arasında Azərbaycandan elm üçün yola çıxmış, təhsilini ən gözəl formada tamamlayıb ölkəsinə geri dönərək xalqına xidmət etmək istəyən gənclər də var və bu gün ürək ağrısı ilə onların cənazələrini qarşılayırıq”.

Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Ali Rza Altunel deyib.

Onun sözlərinə görə, Türkiyə “Əsrin fəlakəti”ni yaşayıb:

“Başda mərhumların valideynləri olmaqla azərbaycanlı qardaşlarımıza dərin hüznlə başsağlığı diləyirəm. Türkiyədə hələ də, bir çox insanların cansız bədənlərini aşkar etmək mümkün olmayıb. İnşallah hamımız birgə, ən başda Türkdilli dövlətlərin dəstəyi ilə bu çətinliyin öhdəsindən gələcəyimizə inanırıq. Rəbbim bir daha bu kədəri nə Azərbaycana, nə də digər türk dövlətlərinə yaşatmasın”.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …