Çərşənbə axşamı , 26 Noyabr 2024
Drone Cameras

Komitə sədrinin müavini: “Bu il işğaldan azad edilmiş bütün ərazilərdə genişmiqyaslı iş başlayacaq”

Azərbaycanın işğaldan azad edilmiş bütün ərazilərində 2023-cü ildə genişmiqyaslı işlərin həyata keçirilməsinə başlanılacaq.

Boyukmillet.com xəbər verir ki, bunu Şəhərsalma Məsələləri üzrə İşçi Qrupunun Ağdamda keçirilən iclasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Namiq Hümmətov bildirib.

“Bu işlərin icrası üçün müxtəlif qurumların rəyləri ortaya qoyulmalıdır. Ağdamda bir çox layihələrin icrası artıq başlayıb, 2023-cü ildə daha böyük layihələr Ağdamdan başlayaraq bütün bölgələrdə icra ediləcək. Kəndlərin ərazi planlaşdırılma sənədlərinin hazırlanması artıq bitib, onların tikinti layihələrinin hazırlanması də bitmək üzrədir. Bu da o deməkdir ki, kəndlərin də tikintisi başlayıb”, – deyə o qeyd edib.

Check Also

AYNA: Daha 34 daşıyıcıya 62 xidmət üzrə fərqlənmə nişanları verilib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir neçə taksi …