Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

Agentlik sədri: “Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”

“Yaxın vaxtlarda Şuşada “ASAN xidmət”in açılması planlaşdırılır”.

Boyukmillet.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, hazırda Şuşada inşa edilən “ASAN xidmət” mərkəzində işlər tamamlanmaq üzrədir:

“Ümumiyyətlə, azad olunan ərazilərə böyük qayıdış davam edir. Dövlətimiz öz gücü hesabına orada şəhər və kəndərimizi sıfırdan qurur. Əhalinin köçü baş verdiyi ərəfədə də “ASAN xidmət” mərkəzləri fəaliyyətə başlayacaq. Qısa müddətdə Şuşada “ASAN xidmət” mərkəzi açılacaq”.

Check Also

Məhəmməd Əmin Rəsulzadənin anadan olmasından 142 il ötür

Bu gün Azərbaycanın dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (1918-1920) banilərindən …