Bazar ertəsi , 26 Oktyabr 2026
Drone Cameras

ABŞ İran gəmisinin heyətini azad edib

ABŞ ordusu Oman körfəzində ələ keçirilən İranın “Touska” gəmisinin 22 heyət üzvü azad edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, bütün heyət üzvləri Pakistanın Karaçi şəhərindəki İran konsulluğunun nümayəndəsinə təhvil verilib.

Aprelin 20-də Ağ Evin rəhbəri Donald Tramp ABŞ-nin Oman körfəzində İranın “Touska” yük gəmisini dəniz blokadasını pozmağa cəhd etdiyinə görə saxladığını açıqlayıb.

Vaşinqton administrasiyasının rəhbəri daha sonra Çindən yola düşərkən ABŞ tərəfindən saxlanılan İran gəmisinin “məxfi” yük daşıdığını bildirib.

Check Also

Ukrayna Rusiyada raket və aviasiya bombaları üçün batareya istehsal edən zavodu vurub

Ukrayna Ordusu Rusiyanın Lipetsk vilayətində raket və aviasiya bombaları üçün batareyalar istehsal edən “Energiya” zavodunu …