Bazar ertəsi , 28 Sentyabr 2026
Drone Cameras

Aİ ölkələri qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb

Enerji və mənzil üzrə Avropa komissarı Dan Yorqensen təchizatdakı fasilələr fonunda Aİ ölkələrini qaz və elektrik enerjisi istehlakını azaltmağa çağırıb.

Boyukmillet.com-un “Politico”ya istinadən məlumatına görə, Yorqensen bunu Aİ nazirlərinə göndərdiyi məktubda bildirib.

“Qlobal təchizatın məhdudluğu və qiymətlərin yüksək dəyişkənliyi kontekstində istehlakın azaldılması qiymətlərin tənzimlənməsi üçün təsirli vasitə ola bilər”, – məktubda deyilir.

Yorqensen nazirlərə lazımi müddət ərzində qaz və elektrik enerjisi istehlakını azaltmaq üçün tədbirlər görmələrini təklif edib. O, həmçinin qeyd edib ki, hazırda Aİ-nin enerji təhlükəsizliyi təmin olunur.

Check Also

Kallasdan Avropaya TƏCİLİ XƏBƏRDARLIQ: “Kəşfiyyat məlumatlarına görə, Rusiya yeni təxribatlar planlaşdırır!”

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas kəşfiyyat məlumatlarına …