Bazar , 8 Mart 2026
Drone Cameras

Amerika bütün Rusiyaya viza verməyi dayandırdı

Boyukmillet.com Amerika səfirliyinin saytına istinadən xəbər verir ki, ABŞ bütün Rusiya üçün “immiqrasiyasız” vizaların verilməsini dayandırır.
 
Məlumatda deyilir: “Rusiya Fedrasiyasının ABŞ-ın Rusiyadakı diplomatik missiyası əməkdaçlarının məhdudlaşdırılması ilə əlaqədar qəbul etdiyi qərardan sonra 23 avqust 2017-ci ildən başlayaraq bütün Rusiya üçün immiqrasiyasız vizaların verilməsi prosedurası dayandırılır. 2017-ci il sentyabrın 1-dən  bu prosedur Moskvada bərpa olacaq. ABŞ-ın Rusiyadakı kosulluqlarında immiqrasiyasız vizaların verilməsi proseduru qeyri-müəyyən vaxta qədər dayandırılıb”  
 
Səfirlik qeyd edir ki, vizalar üçün təyin olunmuş söhbətlər də təxirə salınıb: “ Sənədlərini viza üçün təqdim etmiş şəxslər növbəti söhbət üçün məlumatlandırılacaqlar”
 
Səfirlik xüsusi olaraq qeyd edir ki, diplomatların ixtisara salınması barədə  qərar “Rusiyanın ikitərəfli münasibətlərin yaxşılaşmasına doğru addımlarını sual altına qoyur”

Check Also

Trampdan İran açıqlamaları: Tehranla danışıqlar olmayacaq, İranın xəritəsi dəyişə bilər

Ağ Ev rəhbəri Donald Tramp İranın münaqişəni sülh yolu ilə həll etmək istədiyini, lakin ABŞ-ın …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir