Türkiyənin Antalya şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib. Tədbirin təşkilatçısı Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin Başqanı Lalə Həsənova çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışıb. Tədbirdə iştirak edən Beynəlxalq Diaspor Mərkəzinin Türkiyədə Gənlərlə İş Üzrə Koordinatoru Elman Əzizov Ümummilli Lider Heydər Əliyev haqqında çıxış edərək, Onun təkcə Azərbaycan üçün deyil, bütün Türk Dünyası üçün misilsiz xidmətlər göstərmiş bir şəxsiyyət olduğunu bildirib. Tədbirdə iştirak edən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədrinin köməkçisi Aida Ramiz Azərbaycan Türkiyə əlaqələrinin bu günkü yüksək səviyyədə inkişaf etməsində məhz Heydər Əliyevin xüsusi əməyi olduğunu qeyd edib. Daha sonra Aida Ramiz İSBAM adından Azərbaycan Xalqlar Dostluğu Dərnəyinin Başkanı Lalə Həsənovaya Plaket və hədiyyə təqdim edib. Tədbirin təşəbbüskarlarından biri olan Antalya Jurnalistlər Dərnəyinin başkanı Mevlüt Yenibey Türkiyə Azərbaycan qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində bu kimi keçirilən tədbirlərin rolunu xüsusilə vurğulayıb. O bildirib ki, Azərbaycan xalqının Lideri Heydər Əliyevin Türkiyədə də keçirilən tədbirlərlə yad edilməkdədir. Tədbirdə Azərbaycandan Beynəlxalq Diaspor Mərkəzinin və İSBAM-ı təmsil edən bir qrup tələbə heyyəti iştirak edib. Ulu Öndərə həsr olunmuş gecədə Antalyanın ictimai-siyasi, iş və sənət dünyası və media təmsilçiləri də iştirak ediblər. Təntənəli gecə bəstəkar Sevinc Tofiqqızının və digər sənətçilərin iştirakı ilə davam edib.
Check Also
23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib
Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …