Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Ukrayna və Naxçıvanın ali təhsil ocaqları arasında Anlaşma Memorandumu imzalanıb – FOTOLAR

boyukmillet.com xəbər verir ki, Ukraynanın Taras Şevçenko adına Kiyev Milli Universitetinin (KMU) Beynəlxalq Münasibətlər İnstitutu ilə Naxçıvan Dövlət Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. İnstitutun direktoru Valeri Kopeyka bildirib ki, Anlaşma Memorandumu iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın inkişafına töhfə verəcək. Azərbaycan universitetləri ilə əməkdaşlığa hazır olduğunu deyən V. Kopeyka bildirib ki, rəhbərlik etdiyi ali təhsil ocağının təcrübəsinin azərbaycanlı həmkarları ilə bölüşməkdə maraqlıdır.

Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri də gənclərin təhsilinin yüksəldilməsi olduğunu vurğulayan ölkəmizin Ukraynadakı səfiri Azər Xudiyev bildirib ki, Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq daha da inkişaf etdirilməli və təcrübə mübadiləsi aparılmalıdır. A. Xudiyev Azərbaycanla Ukrayna arasında səmərəli əlaqələrin mövcudluğunu və təhsil sahəsinin bu əlaqələrdə xüsusi yeri olduğunu qeyd edib. İkitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan səfir istər universitetlərarası, istərsə də orta təhsil sahəsində əlaqələrin genişləndirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.

Anlaşma Memorandumunda təcrübə müəllim və tələbə mübadiləsi də nəzərdə tutulub.

Görüşün sonunda səfir institutun direktoruna “Naxçıvan: şərqin əfsanəsi” kitabını hədiyyə edib.

Check Also

Qırmızı dənizdəki vəziyyət Avropa-Cənubi Koreya yük daşımalarının qiymətini 40 faiz bahalaşdırıb

Qırmızı dənizdəki təhlükəsizliklə bağlı yaranmış vəziyyət Cənubi Koreyadan Avropaya və əksinə istiqamətdə dəniz yolu ilə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir