Çərşənbə axşamı , 10 Dekabr 2024
Drone Cameras

“Arşın mal alan” musiqili komediyası Daşkənddə özbək dilində nümayiş etdirilib

Özbəkistanın və Orta Asiyanın ən böyük kitab satışı və informasiya mərkəzi olan “Kitab aləmi” Cəmiyyətində Azərbaycanın dahi bəstəkarı Üzeyir bəy Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş etdirilib.
Azərbaycanın Özbəkistandakı Mədəniyyət Mərkəzindən “Report”a verilən məlumata görə, əsəri Özbəkteatr Yaradıcı Mərkəzi və Daşkənddəki Diydor rejissorluq və aktyorluq fəaliyyəti teatr studiyası səhnələşdirib.
Tədbirin açılışında çıxış edən “Kitab aləmi” kitab satışı və informasiya mərkəzinin direktoru Şuxratcon Axundcanov Azərbaycan mədəniyyətinə, incəsənətinə, musiqisinə, ədəbiyyatına Özbəkistanda böyük maraq olduğunu qeyd edib, məhz bu səbəbdən həyata keçirdikləri layihəyə ilk dəfə olaraq Azərbaycan əsəri ilə başladıqlarını vurğulayıb.
Daha sonra gənc və istedadlı sənətçilərin iştirakı ilə “Arşın mal alan” musiqili komediyasından müxtəlif səhnələr nümayiş etdirilib.
Tədbirə Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi təşkilati dəstək verib.
Qeyd edək ki, “Arşın mal alan” musiqili komediyası Özbəkistanda çox populyardır. Üzeyir bəy Hacıbəylinin bu əsərinə dəfələrlə özbək və rus dillərində səhnə həyatı verilib. Əsər paytaxt Daşkənddəki Opera Teatrında və Mukimi adına Dövlət Musiqili Dram Teatrında bir neçə dəfə tamaşaya qoyulub.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir