Çərşənbə , 18 Mart 2026
Drone Cameras

ASCO tankerləri ilə daşınmış Qazaxıstan neftinin həcmi açıqlanıb

Qazaxıstan neftinin Azərbaycan üzərindən reallaşdırılan tranziti layihəsi çərçivəsində indiyədək ümumi daşımaların 2 milyon 85 min 729,243 tonu “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) tanker donanmasına məxsus gəmilərlə həyata keçirilib.

Boyukmillet.com ASCO-ya istinadən xəbər verir ki, bu həcmin 1 milyon 962 min 983,243 tonu “Tengiz”, 122 min 746 tonu isə “Kaşağan” yatağından olan neftin payına düşür.

Layihə çərçivəsində son daşımalardan biri martın 12-də ASCO-ya məxsus “Prezident Heydər Əliyev” tankeri tərəfindən yerinə yetirilib. Həmin gün tanker Aktau limanından 9 min 326 ton həcmində “Tengiz” yatağına aid xam nefti “Azərtrans” Səngəçal istiqamətində uğurla daşıyıb.

Qeyd edək ki, “Tengiz” neftinin ilk partiyası 23 mart 2023-cü ildə, “Kaşağan” neftinin ilk partiyası isə 27 yanvar 2025-ci ildə Aktau limanından Bakıya çatdırılıb. Aktau limanından Səngəçal terminalına tədarük edilən Qazaxıstan nefti sonradan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə Ceyhan limanına nəql edilir, oradan dünya bazarlarına göndərilir.

Check Also

Avtomobil Yolları Dövlət Agentliyində araşdırma APARILIR

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi Avtomobil Yolları Dövlət Agentliyinin fəaliyyətində rəqabət …