ABŞ Prezidenti Donald Tramp dünya miqyasında nüvə silahlarının sayının daha da azaldılmasının tərəfdarıdır. Boyukmilllet.com-un məlumatına görə, bunu ABŞ Dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Tomas Dinanno bildirib. “Prezidentin mövqeyi bundan ibarətdir ki, o, dünyada daha az nüvə silahı görmək istəyir. Bu, yaxşı başlanğıc nöqtəsidir”, – amerikalı diplomat bildirib. T.Dinanno həmçinin qeyd edib ki, Strateji Hücum Silahlarının Azaldılması …
Read More »İran ABŞ və İsrailin olmadığı regional təhlükəsizlik ittifaqının yaradılmasına çağırıb
İran ABŞ və İsrailin iştirakı olmadan təhlükəsizliyi təmin etmək və hərbi əməkdaşlığı inkişafı üçün regional dövlətlər ittifaqı yaratmağa hazır olduğunu bildirib. Boyukmilet.com-un məlumatına görə, bu barədə İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında bildirilib. “ABŞ və İsrailin iştirakı olmadan regionda təhlükəsizlik və hərbi əməkdaşlığı təmin etmək üçün dövlətlər ittifaqı yaratmağın vaxtı çatıb”, – Baş Qərargah vurğulayıb. İran hərbçilərinin fikrincə, regiondakı …
Read More »Tramp İranı 10 mlrd dollarlıq elektrik stansiyasına zərbə ilə hədələyib
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Amerika hərbi qüvvələri İranın ən böyük elektrik stansiyalarından birini məhv etməyə qadirdir, lakin Vaşinqton hələlik bu addımı atmaqdan çəkinib. Boyukmillet.com-un məlumatına görə, o, bu açıqlamanı İranla münaqişəni şərh edərkən verib. “Biz istədiyimizi hər şeyi edə bilərik”, – Tramp deyib. Onun sözlərinə görə, ABŞ dünyanın ən böyük elektrik stansiyalarından birinə zərbə endirə bilərdi. “Lazımi yerə …
Read More »İranda ABŞ və İsrailə məlumat ötürməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
İran hakimiyyəti Həmədan, Loristan və Kirman əyalətlərində İsrail və ABŞ xüsusi xidmət orqanlarına məlumat ötürməkdə şübhəli bilinən 30 nəfərin saxlanıldığını bəyan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə İran KİV-i ölkənin Kəşfiyyat Nazirliyinə istinadən məlumat yayıb. Qeyd olunub ki, saxlanılanlardan 24-ü ABŞ və İsrail tərəfinə Həmədan əyalətindəki hərbi, hüquq-mühafizə və güc strukturları obyektlərinin koordinatlarını, habelə mühafizəçilərin və hərbi texnikanın yerləşdiyi …
Read More »Türkiyə hökuməti Hörmüz boğazı və enerji bazarındakı vəziyyəti müzakirə edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə martın 24-də Beştəpədə Nazirlər Kabinetinin toplantısında Hörmüz boğazı və enerji bazarına dair məsələlər də müzakirə olunacaq. Boyukmillet.com xəbər verir ki, məlumatı “Hurriyet” yayıb. Bildirilib ki, toplantının gündəliyində Yaxın Şərqdəki müharibənin gedişatı və onun Türkiyəyə təsirləri mövzusu da yer alıb. Məlumata görə, hökumətin iclasında İrandan atılan Türkiyənin hava məkanına yönələn raketlərə qarşı görülən tədbirlər qiymətləndiriləcək. …
Read More »Şimali Koreya lideri ölkəsinin nüvə statusundan heç vaxt imtina etməyəcəyini bildirib
Şimali Koreya lideri Kim Çen İn Koreya Xalq Demokratik Respublikası (KXDR) Ali Xalq Məclisinin 15-ci çağırışının ilk sessiyasında proqram xarakterli çıxışı zamanı bildirib ki, onun ölkəsi heç vaxt nüvə dövləti statusundan imtina etməyəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb. “Respublika hökuməti bundan sonra da nüvə dövləti statusunu əzmlə möhkəmləndirəcək”, – o qeyd edib. …
Read More »Rəsmi Tehran Vaşinqtonun vasitəçilərlə ötürdüyü təklifləri nəzərdən keçirir
Tehran Vaşinqtonun böhranlı vəziyyətin həlli ilə bağlı üçüncü tərəflər vasitəsilə göndərdiyi təklifləri nəzərdən keçirir. Boyukmillet.com-un məlumatına görə, bu barədə “CBS News” telekanalı İslam Respublikasının Xarici İşlər Nazirliyinin nümayəndəsinə istinadən xəbər yayıb. Telekanalın həmsöhbətinin sözlərinə görə, İran tərəfi artıq Amerika tərəfinin təkliflərini alıb. “Hazırda onlar nəzərdən keçirilmə mərhələsindədir”, – mənbə bildirib. ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında …
Read More »İranın ali dini liderinin hərbi müşaviri müharibənin bitməsi üçün üç şərt irəli sürüb
İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi müharibənin dayandırılması üçün üç şərt açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, Rzayi bu barədə İran Dövlət Televiziyasının Xəbər Şəbəkəsinə (IRINN) geniş müsahibəsində danışıb. Rzayi bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına …
Read More »İran bütün Fars körfəzini minalamaqla hədələyib
ABŞ sahildə və ya İran adalarında quru əməliyyatı keçirmək qərarına gələrsə, İran Fars körfəzindəki bütün dəniz yollarını minalayacaq. Boyukmillet.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Şurası məlumat verib. “Düşmənin İran sahillərinə və ya adalarına müdaxilə etməklə bağlı hər hansı cəhdi Fars körfəzində və sahil boyu bütün dəniz yollarının, eləcə də kommunikasiya xətlərinin müxtəlif növ dəniz minaları, …
Read More »İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib
İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların Yaxın Şərq regionundakı enerji və informasiya infrastrukturu obyektlərinə cavab zərbələri endirməyə hazır olduqlarını bəyan edib. Boyukmillet.com İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir. “Bir daha bəyan edirik: düşmən İranın enerji infrastrukturu obyektlərinə hücum edəcəyi təqdirdə, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar