Son zamanlar QHT Agentliyi ətrafında baş verənlərlə bağlı İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli müraciət yaydı. Müraciəti olduğu kimi təqdim edirik: Dəyərli dostlar, media təmsilçiləri və QHT nümayəndələri,Bildiyiniz kimi son dövrlər mən və bir neçə cəsarətli həmkarım Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində (QHT Agentliyində) baş verən ciddi qanun pozuntuları ilə bağlı haqlı etirazlarımızı bildirməkdəyik. Bəzi həmkarlarımızı …
Read More »Daşaltıda 31 il əvvəl şəhid olan Məhərrəm Abbasov dəfn olundu
Şuşada, Daşaltı uğrunda gedən döyüşlərdə 31 il əvvəl şəhid olan Məhərrəm Abbasovun meyitinin qalıqları Bakının Nizami rayonunun Keşlə qəsəbəsində Şəhidlər xiyabanında dəfn olunub. Boyukmillet.com xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Müdafiə Nazirliyinin, rayon ictimaiyyətinin nümayəndələri, döyüş yoldaşları, rayon sakinləri, qazilər və media nümayəndələri iştirak ediblər. M.Abbasov yaylım atəşi və Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Dəfn mərasimində Azərbaycanın ərazi …
Read More »Güneyli ekofəal həbs edildi
Şərqi Azərbaycan əyalətinin Süngün mis mədəninin işçisi, ekofəal və işçi hərəkatı fəalı İsmayıl Heydəri həbs edilib. Boyukmillet.com xəbər verir ki, o, Vərziqan şəhərinin prokuroru Yasin Xakpəraqinin qərarı ilə saxlanılıb. Bildirilib ki, Heydəri ətraf mühitin mədən istismarçıları tərəfindən məhv edilməsinə, işçilərin işdən qovulmalarına etiraz etdiyi üçün həbs edilib.
Read More »Şuşa və Füzulidə müəllim işləmək istəyənlər üçün vakansiya seçimi başa çatıb
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başa çatıb. Boyukmillet.com xəbər verir ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçərək elektron ərizələrini təsdiq ediblər. Həmçinin işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa şəhər 1 nömrəli və Füzuli şəhər 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant …
Read More »Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Füzuli rayonuna gedib
Azərbaycan Respublikasında dövlət səfərində olan Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi və xanımı Ziroatxon Mirziyoyevanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar.
Read More »İcmanın müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı
Qərbi Azərbaycan İcması və digər vətəndaş cəmiyyəti təşkilatlarının müraciəti BMT şuralarının rəsmi sənədləri kimi yayılıb. Boyukmillet.com xəbər verir ki, Ermənistanın apardığı etnik təmizləmə, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlər nəticəsində azərbaycanlıların onilliklər ərzində məruz qaldıqları iztirab və məhrumiyyətlərə beynəlxalq ictimaiyyətin biganəliyi və ikili standartları ilə bağlı Qərbi Azərbaycan İcması və Azərbaycan Respublikasının digər vətəndaş cəmiyyəti təşkilatları 2023-cü il iyulun 28-də …
Read More »Mənsimovun gizlinləri üzə çıxır: “Palmali” rəhbərinin Azərbaycan əleyhinə fəaliyyəti haqda ŞOK FAKTLAR
İş adamı, “Palmali” şirkətinin rəhbəri Mübariz Mənsimovun fəaliyyətində qaranlıq məqamlar zaman keçdikcə üzə çıxır. İctimaiyyət getdikcə anlayır ki, heç də hər şey təqdim edildiyi kimi vətənpərvərlikdən və humanizmdən irəli gəlmir. Ortada tamam başqa məqsədlər, niyyətlər var. Əldə olunan milyonların, milyardların cüzi hissəsi tələbələrin təhsilinə, ayrı-ayrı insanların sosial problemlərinin həllinə, xeyriyyəçilik məsələlərinə yönəldilir. Bu fəaliyyətin PR-ı aparılır. İctimai rəy manipulyasiya edilir. …
Read More »ASAP-ın I Hesabat-Seçki konfransı keçirilib
21 avqust tarixində Bakı Konqres Mərkəzində Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) I Hesabat-Seçki konfransı keçirilib. Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə ASAP-ın sədri Heydər Ağayev açaraq qonaqları salamlayıb və ASAP-ın yaranma tarixindən danışıb. ASAP-ın icraçı direktoru Rafael Hacıbəyli hesabat nitqi ilə çıxış …
Read More »“YAŞAT” Fondu şəhid övladları üçün Türkiyədə düşərgə təşkil edib
“YAŞAT” Fondunun və “Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri” İctimai Birliyinin birgə təşkilatçılığı, Azərbaycanın milli aviadaşıyıcısı – “Azərbaycan Hava Yolları”nın və Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin dəstəyi ilə İstanbulda yay düşərgəsi keçiriləcək. Bununla ələqədar Heydər Əliyev Beynəlxalq Aeroportunda düşərgə iştirakçılarının yolasalınması təşkil olunub. Cari ilin 20-30 avqust tarixində baş tutacaq düşərgədə şəhidlərimizin 16-18 yaş aralığında olan, ali məktəblərə qəbul imtahanında …
Read More »“Səyyar qəbul otağı” Ağstafa sakinlərinin ixtiyarında oldu
Həftənin ilk “Açıq mikrofon” aksiyası Ağstafa rayonunun Poylu kəndində baş tutub. SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şəmkir Regional qaz istismarı İdarəsinin rəhbər şəxsləri sözügedən ərazidə yaşayan sakinlərin qaz təsərrüfatı ilə bağlı problem və təkliflərini dinləyiblər. Səsləndirilən müraciətlərin əksəriyyəti yeni yaşayış massivinin təbii qazla təmin olunması ilə bağlı olub. Bundan əlavə görüş zamanı fərdi qazlaşma, qaz xəttinin yerinin dəyişdirilməsi, fərdi yaşayış evinə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar