Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Şabranda yol qəzası olub, 3 nəfər yaralanıb

Şabran rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib. Boyukmillet.com xəbər verir ki, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Rəhimli kəndindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili ilə “Ford” markalı yük avtomobilinin toqquşması nəticəsində 3 nəfər yaralanıb. Xəsarət alan Ramiz Şahbazov, Xədicə Şahbazova və Xalidə Rəcəbova xəstəxanaya aparılıblar. Faktla bağlı araşdırmalar aparılır.

Read More »

Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 61 % azalıb

Qarabağ Dirçəliş Fondu 2022-ci ili 342,816 milyon manat xalis mənfəətlə başa vurub. Boyukmillet.com xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 61,3 % azdır. Ötən il Qarabağ Dirçəliş Fondu ianələrdən gəlirləri 314,52 milyon manat (əvvəlki ilə nisbətən 65,26 % az), maliyyə gəlirləri 34,454 milyon manat 3,75 dəfə çox), ümumi, inzibati və sair əməliyyat xərcləri 2,737 milyon manat (5,1 dəfə çox), dəyərsizləşmədən …

Read More »

Naxçıvanda rabitə idarəsindən oğurluq olub

Naxçıvanda idarədən oğurluq olub. Boyukmillet.com xəbər verir ki, Naxçıvan DİN Hava Nəqliyyatında Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 1-də şəhər Rabitə İdarəsinin anbarından 5 ədəd akkumulyator oğurlamaqda şübhəli bilinən şəhər sakini Coşqun Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More »

Bakıda Avropa Ravvinlərinin Konfransı keçiriləcək

Avropa ölkələrindən olan yüzlərlə ravvin noyabrın 12-dən 15-dək Bakıda Avropa ravvinlərinin iki ildən bir keçirilən konfransında iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda ilk dəfə keçiriləcək konfransda 500-ə yaxın avropalı ravvinin iştirakı gözlənilir. “Azərbaycan yəhudi xalqı üçün xüsusi ölkədir və dünyada ən nadir yəhudi icmalarından biri məhz burada yaşayır”, – bu ilin əvvəlində Azərbaycanda səfərdə olan və Prezident İlham Əliyev …

Read More »

Ermənistan parlamentinin önündə etiraz aksiyası keçirilir

Ermənistanda bir qrup vətəndaş parlamentin önündə etiraz aksiyası keçirir. Boyukmillet.com xəbər verir ki, onlar “müdafiə sənayesinin inkişaf etdirilməsini” tələb edirlər. Etirazçıların sözlərinə görə, İkinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra Ermənistanın hərbi sənaye ilə bağlı dövlət siyasəti dəyişməyib: “Biz 44 günlük müharibədə olduğu kimi indi də müdafiəsiz qalmışıq”. Aksiya iştirakçıları bildirirlər ki, hökumət pulu məqsədyönlü istifadə etmir: “Bu günlərdə ölkədə müxtəlif bayram …

Read More »

Sudanda məcburi köçkünlərin sayı 3 milyonu ötüb

Bir həftə ərzində 334 mindən çox sudanlı evlərini tərk etmək məcburiyyətində qalıb və aprelin 15-də ölkədə qarşıdurmaların başladığı vaxtdan bəri məcburi köçkünlərin sayı 3 milyonu keçib. Boyukmillet.com xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsi məlumat yayıb. İdarə davam edən müharibə səbəbiylə aclıq və əhalinin köçməsinin nəzarətdən çıxdığı barədə xəbərdarlıq edib. Qeyd olunub ki, 855 mindən çox sudanlı …

Read More »

ABŞ Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür

ABŞ administrasiyası Burkina-Faso və Mali rəhbərliyinin xəbərdarlıqlarına cavab olaraq əmin edib ki, Birləşmiş Ştatlar Nigerdəki üsyançılara qarşı güc tətbiq etməyi düşünmür. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Metyu Miller brifinqdə deyib. “Potensial hərbi münaqişə ilə bağlı xəbərlərə verdiyim yeganə şərh odur ki, biz bu vəziyyəti sülh yolu ilə həll etməyə çalışırıq. Biz inanırıq ki, bu vəziyyətin sülh …

Read More »

Braziliya Prezidenti beynəlxalq ticarətdə ABŞ dollarından imtinaya çağırıb

Braziliya prezidenti Luis İnasio Lula da Silva beynəlxalq ticarətdə ABŞ dollarından imtina etməyə və ABŞ valyutasına alternativlər yaratmağa çağırıb. Boyukmillet.com xəbər verir ki, onun sözlərinə görə, dolardan imtina BRİKS dövlətləri (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) arasında hesablaşmalarda da tətbiq edilə bilər: “Hamı bilir ki, mən ölkələrimiz arasında ticarət üçün öz valyutamızın yaradılmasının tərəfdarıyam. Biz öz valyutalarımızda bunu edə …

Read More »

Çin və ABŞ arasında təhlükəsizlik məsələləri müzakirə edilib

ABŞ müdafiə nazirinin Hind və Sakit okeanda təhlükəsizlik məsələləri üzrə köməkçisi Eli Retner və Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya departamentinin rəhbəri Yan Tao iki ölkə arasında müdafiə və təhlükəsizlik əlaqələrini müzakirə ediblər. Boyukmillet.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. ABŞ müdafiə nazirinin köməkçisi Pentaqonun Birləşmiş Ştatlar və Çin arasında hərbi kommunikasiya xətlərini açıq saxlamaq …

Read More »

Donald Trampı 561 ilədək həbs cəzası gözləyir

İrəli sürülən üç iş üzrə təqsirli bilinəcəyi təqdirdə ABŞ-ın sabiq prezidenti Donald Tramp 561 ilədək həbs cəzasına məhkum oluna bilər. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti tərəfdarlarına müraciətində bildirib. Tramp tərəfdarlarını Amerikanın tiranlığa sürüklənməsinə qarşı sülh yolu ilə onun yanında olmağa çağırıb: “Korrupsiyaya uğramış Cozef Baydenin Ədliyyə Nazirliyi yenidən mənə qarşı qanunsuz ittihamlar irəli sürüb. Məni ümumilikdə 561 …

Read More »