Çərşənbə , 8 Aprel 2026

autor

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin anti-Azərbaycan bəyanatını qınayıb

Qərbi Azərbaycan İcması Avropa Parlamentinin Cənubi Qafqaz ilə əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri M. Kalyurdand, Ermənistan üzrə daimi məruzəçi A. Kovaçev və Azərbaycan üzrə daimi məruzəçi Z. Zovko Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər ilə bağlı guya “humanitar vəziyyətin” olduğunu iddia etdikləri anti-Azərbaycan bəyanatını qınayıb. Bu barədə Qərbi Azərbaycan İcmasndan məlumat verilib. Bildirilib ki, Avropa Parlamentində Azərbaycana və azərbaycanlılara qarşı qərəz sistemli …

Read More »

Bir qrup xarici QHT Ermənistanın Qarabağdakı ermənilərin reinteqrasiyasını əngəlləməsi barədə bəyanat yayıb

 Bir qrup xarici QHT nümayəndəsi Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin reinteqrasiyasının Ermənistan tərəfindən əngəllənməsi haqqında bəyanat yayıblar. “Report”un xəbərinə görə, bəyanatda deyilir: “Biz, aşağıda imzası olan vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq ictimaiyyətin diqqətini Ermənistan hökumətinin və qeyri-qanuni rejimin qalıqlarının öz siyasi məqsədlərinə çatmaq üçün yaratdıqları süni maneələrə cəlb etmək məqsədilə müştərək bəyanat yayırıq. Çoxmillətli ölkə olan Azərbaycan ərazisində yaşayan ermənilərin və …

Read More »

Baş Prokurorluq: “Meşəli soyqırımı qanunsuz erməni silahlılarının xalqımıza qarşı törətdiyi çoxsaylı cinayət hadisələrindən biridir”

“Meşəli soyqırımı qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı cinayət hadisələrindən biridir”. Boyukmillet.com-un xəbərinə görə, bunu Azərbaycan Hərbi prokurorunun böyük köməkçisi İsmayıl Əliyev “Real TV”də yayımlanan “Real İntervyu” verilişində deyib. Onun sözlərinə görə, Meşəli kəndində baş verən soyqırımı erməni silahlı birləşmələri tərəfindən 1989-cu ildən 1992-ci ilədək Azərbaycan xalqına qarşı törədilmiş çoxsaylı soyqırım cinayətlərinin bir epizodudur: “Həmin …

Read More »

Baş Prokurorluq Ermənistanın ekoloji cinayətləri barədə iki beynəlxalq təşkilata müraciət edib

Araz və Oxçuçayın Ermənistan Respublikası ilə həmsərhəd bölgədə çirkləndirilməsinə dair məlumatlar üzrə Azərbaycan Baş Prokurorluğunda araşdırma davam etdirilir. Bu barədə qurumdan məlumat verilib. Qeyd olunub ki, Ermənistanın iri mədən müəssisələri – Qacaran mis-molibden zavodu və Qafan filiz emalı kombinatı tərəfindən transsərhəd Oxçuçayın intensiv şəkildə çirkləndirilməsi, Yerasx (Arazdəyən) kəndində iri metallurgiya zavodunun Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparılmadan tikilməsi, bu zaman ətraf mühitin …

Read More »

Bir qrup amerikalı jurnalist və media eksperti Ağdama səfər edib

ABŞ-da fəaliyyət göstərən bir qrup jurnalistdən və media ekspertindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Qarabağın işğaldan azad edilmiş ərazilərində olub. Boyukmillet.com xəbər verir ki, Qarabağa səfərin proqramı Qafqazın “Xirosiması” adlandırılan Ağdam şəhərindən başlayıb. Öncə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı amerikalı qonaqlara işğal illərində Ermənistan silahlı qüvvələri tərəfindən kütləvi şəkildə Azərbaycan torpaqlarında, o cümlədən Ağdam rayonunda basdırılmış minalar barədə məlumat …

Read More »

Dövlət qurumları arasında sənəd mübadiləsi elektronlaşdırılır

Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsi elektronlaşdırılır. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Dövlət orqanları (qurumları) arasında sənəd mübadiləsinin elektronlaşdırılması haqqında Fərman imzalayıb. Fərmana əsasən Elektron Hökumət İnformasiya Sisteminin infrastrukturunda dövlət orqanlarının (qurumlarının) elektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin …

Read More »

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın tərkibində dəyişiklik edilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 mart tarixli 2016 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Sərəncamla komissiyanın tərkibinə Azərbaycan tərəfindən Dövlət Ehtiyatları Agentliyi …

Read More »

“Türkiyə ilə Azərbaycanın FETÖ bəlasından qurtulması üçün sistemli əməliyyatların aparılması zəruridir” – RƏY

“İki qardaş ölkənin FETÖ bəlasından qurtulması üçün dəqiq və sistemli əməliyyatların aparılması zəruridir”. Bunu “Report”un Ankara bürosuna açıqlamasında Türkiyənin “Yeni Akit” qəzetinin Ankara üzrə redaktoru, politoloq Muhammet Kutlu bildirib. Poltoloq deyib ki, Türkiyədə əsas niyyəti ordunu ələ keçirmək olan FETÖ terror təşkilatı buna qismən nail olsa da, 2016-cı il iyulun 15-də xalq mübarizəyə qalxaraq hakimiyyətlə birgə onları məğlub edib: “FETÖ-çülər …

Read More »

İcma AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır

Qərbi Azərbaycan İcması Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Tini Koksun 2023-cü il 31 iyul tarixli qərəzli bəyanatını qınayır və AŞPA-nı Ermənistanın məkrli oyunlarına alət olmamağa və öz müstəqilliyini qorumağa çağırır. Boyukmillet.com xəbər verir ki, bu barədə İcmanın məsələ ilə bağlı açıqlamasında bildirilib. Açıqlamada, həmçinin qeyd olunub: “Bir daha vurğulamaq istərdik ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər üçün tədarük məsələsi …

Read More »