Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” yubileyini qeyd edəcək

2024-cü ildə Azərbaycan regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinə ev sahibliyi edəcək. Boyukmillet.com xəbər verir ki, 24-26 sentyabr tarixlərində təşkil ediləcək sərgi 5-ci yubileyini qeyd edəcək. “ADEX” sərgisi ilə paralel olaraq, 14-cü Beynəlxalq Daxili təhlükəsizlik, Mühafizə və Xilasetmə “Securex Caspian” sərgisi də keçiriləcək. Sərgilər Bakı Ekspo Mərkəzində təşkil ediləcək. Qeyd edək ki, …

Read More »

Azərbaycan neftinin qiyməti 84 dollara yaxınlaşır

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,57 ABŞ dolları, yaxud 0,69 % artaraq 83,53 ABŞ dolları təşkil edib. Boyukmillet.com xəbər verir ki, dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçersləri 79,4 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Ruslar döyüşmür, bir neçə tağım təslim oldu

Ukraynanın cənubundakı rus qoşunları təchizat, maddi-texniki təminat və rotasiya ilə bağlı problemlər yaşamaqda davam edir. Bu, əsgərlərin döyüşməkdən imtina etməsinə və Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinə təslim olmasına gətirib çıxarır. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb. “Kremlə bağlı olan məşhur rusiyalı bloger əks-hücum əməliyyatları ilə Ukrayna ordusunun cənub bölgələrini saxlayan Rusiya qüvvələrini tükəndirdiyini bildirib. O, həmçinin …

Read More »

Ötən gün yol qəzalarında 4 nəfər ölüb

Ötən gün Azərbaycanda yol qəzalarında 4 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, iyulun 18-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 4 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.

Read More »

Yarım ildə ƏƏSMN və qurumlarında 1 milyona yaxın vətəndaş qəbul edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qurumları tərəfindən bu ilin 6 ayında 949 min vətəndaşın qəbulu həyata keçirilib. Boyukmillet.com xəbər verir ki, onlardan 61 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin rəhbər şəxsləri tərəfindən, 888 mini Nazirliyin Aparatının və qurumlarının, yerli bölmələrin Qəbul otaqlarında, habelə DOST mərkəzlərində qəbul edilib. Eyni zamanda, yanvar-iyun aylarında 1 milyon 145 min 300 (o …

Read More »

Bəzi QHT-lər necə müsabiqədənkənar qrant alıblar?

Bir müddət öncə QHT Agentliyi qrant elanının nəticələrini açıqladı. Nəticələrdən narazı kimi bir qrup QHT Prezident Administrasiyasına şikayət etdi. Sonra hərəni bir yolla sakitləşdirdilər. Agentlikdən bildirdilər ki, bu Müşahidə Şurasının səhvidir. Amma bu günlərdə maraqlı mənzərə ortaya çıxıb. Bəzi QHT lərə müsabiqədənkənar qrant veriblər.Onlardan birini misal göstərim. Araşdıra bilərsiniz. Azərbaycan-Bolqarıstan Dostluğunun Inkişafına Yardım Ictimai Birliyinə 10 min manat verilib. Mənim …

Read More »

Qərbi Azərbaycan İcması Fransaya etiraz etdi…

Qərbi Azərbaycan İcması Fransa Senatının sədri Jerar Larşenin Fransa hökumətini Ermənistana əlavə silahlar verməyə çağıran son çağırışını qətiyyətlə pisləyib. İcmadan verilən məlumata görə, bəyanatda deyilir: “Ermənistanın beynəlxalq hüququn pozulması üzrə bədnam tarixçəsini nəzərə alsaq, belə bir addımın olduqca zərərli olacağı şübhə doğurmur. Biz hesab edirik ki, Ermənistanın kütləvi silahlanma proqramına əlavə dəstəyin göstərilməsi yalnız gərginliyi artıracaq və regionda sülh və …

Read More »

Yığmamızın Ermənistanla oyununun vaxtı açıqlandı

16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin (U-16) Avropa çempionatının C Divizionunda Ermənistanla keçirəcəyi oyunun vaxtı müəyyənləşib. Boyukmillet.com xəbər verir ki, bu barədə Beynəlxalq Basketbol Federasiyasının (FIBA) rəsmi saytı məlumat yayıb. Məlumata görə, Kosovonun paytaxtı Priştinada keçiriləcək görüş iyulun 21-nə təsadüf edəcək. B qrupunda mübarizə aparacaq milli buna qədər ilk olaraq iyulun 19-da Kipr seçməsi ilə üz-üzə gələcək. Tahir Baxşıyevin yetirmələri, həmçinin, …

Read More »

Rusiya bu istiqamətdə 100 min əsgər toplayıb

Rus işğalçıları Liman-Kupyansk istiqamətində 100 mindən çox əsgər toplayıb. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun nümayəndəsi Sergey Çerevatıy deyib. “Liman-Kupyansk istiqamətində düşmən çox güclü dəstə – 100 mindən çox şəxsi heyət, 900-dən çox tank, 550-dən çox artilleriya sistemi və 370 reaktiv yaylım atəş sistemi cəmləşdirib”, – Çerevatıy bildirib. O, müqayisə üçün deyib ki, Əfqanıstanda müharibənin pik …

Read More »

Daha 18 ailə Laçına yola salındı

Bu gün daha bir neçə ailə Laçın şəhərinə yola salınıb. Boyukmillet.com xəbər verir ki, daha 73 nəfərdən ibarət 18 ailə doğma yurduna geri dönür. Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb. Köçürülən ailələr, Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlətimizin başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar. Laçın şəhərinə …

Read More »