“Biz siyasi cəhətdən ortaya çıxmaqla fars rejiminin arzusunu gözündə qoyduğumuzu bir daha bəyan edirik” Güney Azərbaycan türklərinin azadlıq mübarizəsi uğrunda yeni Güney Azərbaycan Cümhuriyyət Partiyası (ACP) qurulub. Bu barədə Musavat.com-a partiyanın qurucularından biri, hazırda Hollandiyada yaşayan milli-mədəni fəal Araz Ataxan məlumat verib. Araz Ataxanın sözlərinə görə partiya 2023-cü il iyulun 1-də Güney Azərbaycanın Babək Bəzz Qalasında öz varlığını bəyan edib. “Artıq …
Read More »Türkiyənin Dilucu gömrük məntəqəsində sıxlıq yaranıb
Türkiyənin Dilucu gömrük məntəqəsi gözlənilmədən yerli sakinlər tərəfindən axına məruz qalıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb isə Türkiyədə xaricdən alınan mobil telefonların İMEİ qeydiyyat qiymətinin bahalaşmasıdır. Belə ki, qərara əsasən, Türkiyədə bu rəqəm 6071 TL-dən 20 min TL-yə yüksəlib və qərar iyulun 10-dan qüvvəyə minəcək. Məhz qiymət artımına görə insanlar Dilucu gömrük məntəqəsindən Sədərək Gömrük Postuna keçərək ölkəyə giriş-çıxış …
Read More »“Bu təhdid deyil” – Bayden Çin liderinə Rusiya ilə bağlı xəbərdarlıq edib
ABŞ prezidenti Co Bayden Çin lideri Si Cinpinə Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra “ehtiyatlı olmağı” tövsiyə edib. Bayden Çin liderinə ölkəsinin Qərb investisiyalarından asılı olduğuna dair eyham edib. Boyukmillet.com xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə belə deyib: “Mən Cinpinə dedim ki, bu, təhdid deyil, müşahidədir”. O əlavə edib ki, Ukraynada münaqişə başlayandan bəri 600 Amerika korporasiyası Rusiya …
Read More »Azərbaycan Qarabağda anti-terror əməliyyatı keçirmək məcburiyyətində qala bilər
Azərbaycan erməni icması ilə dialoqa hazırdır. Təbii ki, söhbət ölkə konstitusiyası və qanunları çərçivəsində aparılacaq konstruktiv dialoqdan gedir.Rəsmi Bakı bu günə qədər bir neçə dəfə erməni icmasına dialoq təklifi edib. Hətta Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində mart ayında ilk görüş də keçirib. Azərbaycan bununla bir daha göstərdi …
Read More »“Diyarbəkirspor”un yeni loqosu müzakirə yaratdı – Ermənistanın gerbinə bənzədilib
Türkiyə Futbol Federasiyasının 2. Liqa komandası “Diyarbəkirspor”un yen adı və loqosu böyük müzakirələrə səbəb olub. Boyukmillet.com xəbər verir ki, adını “Mesopotamiya İdman Fəaliyyətləri” olaraq dəyişdirməyə hazırlaşan klubun yeni loqosunun Ermənistan gerbinə bənzəməsi diqqətdən yayınmayıb. Klubun yeni loqosu sosial şəbəkələrin Türkiyə seqmentində birmənalı qarşılanmayıb və insanların narazılığına səbəb olub. “Diyarbəkirspor” rəhbərliyi yaxın günlərdə mövzu ilə bağlı rəsmi açıqlama verəcəklərini bildiriblər. Qeyd …
Read More »Rusiya Krivoy Roqa dronlarla hücum edib
Rusiya Silahlı Qüvvələri iyulun 8-nə keçən gecə Krivoy Roq şəhərinə dronlarla hücum edib, bir nəfər yaralanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib. Onun sözlərinə görə, hücum nəticəsində ümumilikdə 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib. Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə ziyan dəyib.
Read More »Ağdaşda polis silsilə əməliyyatlar keçirib, 25 nəfər saxlanılıb
Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və oğurluq cinayəti törədən şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib, ümumilikdə 25 nəfər şübhəli şəxs qismində saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik …
Read More »Bu gündən Azərbaycandan BƏƏ-yə vizasız gediş-gəliş rejimi tətbiq olunur
Bu gündən Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) vizasız gediş-gəliş rejimi tətbiq olunur. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Belə ki, iki ölkə ərazisində vizasız yaşamaq üçün 90 gün vaxt verilir.
Read More »Müharibə veteranına şəxsi maşının yuduzduran rəisdən Kəmaləddin Heydərova şikayət edən zabitin özünü işdən çıxardılar – Videomüsahibə
Şəkildə gördüyünüz bu zabit oğlanı iki gün əvvəl nazir Kəmaləddin Heydərovun əmri ilə FHN sıralarından uzaqlaşdırıblar. Leytenant Məmmədov Toğrul Elşən oğlu FHN-nin tabeliyindəki Xüsusi Risqli Xilasetmə Xidmətində qulluq edib. Atası Elşən Məmmədov Azinforum.az İnformasiya Portalına verdiyi eksklüziv videomüsahibədə oğlunun işdən çıxarılma səbəbini maraqlı və heyrətdoğuran amillərlə izah edib. Bildirib ki, oğlunun xidməti iş yeri olan ərazidə FHN-nin başqa iki qurumu …
Read More »Albaniya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Albaniya Respublikasının Prezidenti Bayram Beqay iyulun 7-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Boyukmillet.com xəbər verir ki, Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar