“Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyasının Ermənistanla bağlı hesabatı bu ölkədə dövlət səviyyəsində nifrət nitqinin və dözümsüzlüyün qızışdırıldığını bir daha sübut edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə tviterdə yazıb. “Avropa Şurasının İrqçilik və Dözümsüzlük əleyhinə Komissiyası Ermənistanda nifrət və ayrı-seçkiliklə mübarizə ilə bağlı kifayət qədər tədbirlərin görülməməsinə dair hesabat dərc edib. …
Read More »ABŞ İran hakimiyyətinə müxalif təşkilatı dəstəkləmədiyini açıqlayıb
“ABŞ İranın Xalq Mücahidləri Təşkilatını demokratik müxalif hərəkat saymır. Bu təşkilat İran xalqını təmsil etmir”. Boyukmillet.com “İran İnernational”a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Albaniya polisinin “Əşrəf 3” düşərgəsinə hücumunu şərh edərkən deyib. O bildirib ki, rəsmi Vaşinqton Albaniya hökumətinin ölkə ərazisində hər hansı qanunsuz fəaliyyəti araşdırmaq hüququnu tanıyır. Dövlət Departamentinin nümayəndəsinin sözlərinə görə, ABŞ hakimiyyəti Xalq …
Read More »Balakəndə 5 tondan artıq narkotik tərkibli bitki məhv edilib
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, keçirilən tədbir zamanı Kortala kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 5 tondan artıq olan 5400 ədəd çətənə kolu kökündən çıxarılıb və …
Read More »Bağçalıdan Fələstin liderinə sərt təpki: “Bu sayğısızlıqdır, rəzalətdir”
Türkiyənin Millətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı uyğurları “separatçı və terrorçu” adlandıran Fələstin başçısı Mahmud Abbasa sərt təpki göstərib. Boyukmillet.com xəbər verir ki, MHP lideri Abbasl sayğısızlıqda ittiham edib. “Biz həmişə məzlum fələstinlilərin yanında olmuşuq. Biz heç bir söz demədən Fələstinin davasını müdafiə etdik və tərəfimizi aydınlaşdırdıq. Hörmətli Abbas, sizə səslənirəm. Uyğur türklərini “terrorçu” adlandırmaq haqsızlıqdır, günahdır, cinayətdir, rəzalətdir, böyük …
Read More »Azərbaycan neftinin qiyməti 78 dollara düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,89 ABŞ dolları, yaxud 1,12 % azalaraq 78,25 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçersləri 76,32 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …
Read More »Moskvaya PUA hücumu olub
Ötən gecə Rusiyanın paytaxtı Moskva şəhərinə və eyniadlı vilayətə pilotsuz uçuş aparatları (PUA) ilə hücum olub. Boyukmillet.com xəbər verir ki, 3 PUA vurulub. Hücum nəticəsində itki və dağıntı olmayıb. Vurulmuş texnikaların qalıqları ekspertizaya göndəriləcək. Rusiya mətbuatı hücumu Ukrayna ordusunun həyata keçirdiyi barədə məlumat yayıb.
Read More »Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
Milli Məclisin növbədənkənar sessiyasının iyunun 23-də keçirilməsi nəzərdə tutulan iclasının gündəliyi məlum olub. Boyukmillet.com xəbər verir ki, gündəliyə 33 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik …
Read More »Siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənləri yeni cərimələr gözləyir – SİYAHI
Azərbaycanda siyasi partiyalarla bağlı maliyyə pozuntularına yol verənlərlə bağlı yeni cərimələr tətbiq olunacaq. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliklə “Siyasi partiyalar haqqında” qanunla qadağan olunmuş subyektlərdən, yaxud nağd qaydada (bank hesabına köçürülmədən) və ya xarici valyutada vəsaitin siyasi partiya tərəfindən qəbul edilməsinə görə vəzifəli şəxslər 2 000 manatdan 2 500 manatadək məbləğdə, hüquqi şəxslər …
Read More »Dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək
Azərbaycanda dövlət qeydiyyatı ləğv edilən siyasi partiyanın toplantılarını keçirənlər 8 min manatadək cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər təklif edilir. Dəyişikliklə “Siyasi partiyalar haqqında” qanunla müəyyən edilmiş hərəkətlər istisna olmaqla, siyasi partiyanın fəaliyyətinin dayandırıldığı dövrdə və ya ləğvinin dövlət qeydiyyatına alındığı halda onun hər hansı formada fəaliyyət göstərməsinə, o cümlədən partiya orqanlarının (struktur qurumlanının) və üzvlərinin …
Read More »XİN başçısı: “Ermənistan kommunikasiyaların açılması sahəsində çətinliklər yaradır”
“Aparılan səylərə baxmayaraq, Ermənistan tərəfi kommunikasiyaların açılmasına çətinliklər törədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov “Xəzər Bağlantı Konfransında” çıxışına deyib. O, ümumilikdə 2022-ci il ərzində Azərbaycan üzərindən tranzitin 75% artdığını bildirərək bütün kommunikasiyaların açılmasının regionumuzda davamlı sülh və sabitliyə daha da töhfə verəcəyinə, ticarət və nəqliyyatı əhəmiyyətli dərəcədə artıracağına əminliyini ifadə edib. Bu mənada ön …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar