Çərşənbə , 8 Aprel 2026

autor

Zəngilanda İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Keçirilən sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 …

Read More »

Milli Məclis 2023-cü ilin dövlət büdcəsinə dəyişiklikləri qəbul edib

Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb. Boyukmillet.com-un xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib. Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir …

Read More »

Azərbaycan XİN Ermənistanın əsassız iddialarına münasibət bildirib

“Həkəri çayının Laçın rayonu ərazisindən keçən hissəsindəki körpünü Azərbaycan bu yaxınlarda tikib. Ermənistan rəsmiləri guya Azərbaycan bayrağının Ermənistan ərazisində qaldırılması ilə bağlı əsassız iddia ilə çıxış edirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə tviterdə yazıb. O xatırladıb ki, Azərbaycanın öz suveren ərazisi olan Həkəri körpüsündə iyunun 15-də Azərbaycan bayrağı ucaldılıb: “Bu …

Read More »

Tuğ kəndinin tarixi ərazisi Dövlət Qoruğu elan edilib – SƏRƏNCAM

“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Azərbaycan xalqının böyük keçmişini özündə təcəssüm etdirən tarixi yaşayış məntəqələrindən biri Qafqaz Albaniyasının qədim irsinə aid mədəniyyət abidələrinin mövcud olduğu Tuğ kəndidir. Burada Qarabağ bölgəsinin ənənəvi memarlıq üslubuna xas dekorativ elementlərlə işlənmiş yaşayış evləri, bulaqüstü tikililər, sənduqə tipli qəbirlər və …

Read More »

Nikol Paşinyan: “Yaxın vaxtlarda Azərbaycan və Ermənistan XİN başçıları görüşəcək”

“Yaxın vaxtlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçiriləcək”. Boyukmillet.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Nazirlər Kabinetinin iclasında bildirib. O, XİN başçılarının mayın 1-4-də Vaşinqtonda keçirilmiş danışıqları zamanı əldə edilmiş bəzi irəliləyişlərin inkişaf edəcəyinə ümid bəslədiyini vurğulayıb.

Read More »

Bəzi çaylardan sel keçib – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 10:00-a olan məlumatına əsasən bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv və güclü olub. Xidmətdən bildirilib ki, düşən yağıntının miqdarı belə olub: Sarıbaşda 120.4 mm (aylıq normanın 67%-i), Şahdağda 55.2 mm (aylıq normanın 116%-i), Qusarda 51 mm (aylıq normanın 107%-i), Şəkidə 38 mm (aylıq normanın …

Read More »

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrli ilə keçirilən iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) 2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) …

Read More »

Azərbaycan sərhədçiləri Ermənistanın təxribat törətdiyi postunu darmadağın edib – VİDEO

İyunun 15-də Zəngilan istiqamətində Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin təxribata başladığı post darmadağın edilib. Boyukmillet.com  düşmən postunun dağıdılmasının görüntülərini aşağıdakı linkdə təqdim edir. https://core.telegram.org/widgets

Read More »

Ankarada Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfranslar keçiriləcək

İyunun 19-da Türkiyənin Qazi Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan konfrans keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib. İyunun 20-də isə Hacı Bayram Vəli Universitetində Ulu Öndərin anadan olmasının 100 illiyi ilə bağlı daha bir tədbir təşkil olunacaq. Hər iki konfransın təşkilatçıları səfirlik, adları çəkilən ali məktəblər və Azərbaycanın Mingəçevir Dövlət Universitetidir. …

Read More »

Lənkəranda narkotikin təsiri altında TIR idarə edən şəxs həbs olunub

Lənkəranda narkotik vasitənin təsiri altında TIR idarə edən şəxs həbs olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib. Bildirilib ki, Lənkəran şəhəri Ləvəngi dairəsi yaxınlığında hərəkətdə olan “DAF” markalı yük avtomobili yüksək sürətlə hərəkət etdiyi üçün Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Sürücünün narkotik vasitənin təsiri altında olmasına şübhələr yarandığı …

Read More »