Ermənistan baş naziri Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə İstintaq Komissiyasında çıxış edəcəyi tarix açıqlanıb. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, o, iyunun 20-si saat 10-da istintaq komitəsinə dəvət edilib. N.Paşinyan dəvətə müsbət cavab verib. Xatırladaq ki, Paşinyan Praqada erməni icmasının nümayəndələri ilə görüşü zamanı İstintaq Komissiyasında iştirak edəcəyini açıqlamışdı.
Read More »Gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək – FOTOLAR
Boyukmillet.com xəbər verir ki, gələn il Bakıda Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin qurultayı keçiriləcək Vüqar Oruc: “Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan tamhüquqlu, Şimali Kipr Türk Cümhuriyyəti isə assosiativ qaydada təmsil olunur” İyunun 1-də Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis yığıncağı keçirilib. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstanın və Şimali Kipr Türk Cümhuriyyətinin üzv olduğu Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin təsis …
Read More »Sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıq keçməyən sürücülərlə müqavilə bağlayanlar 3 min manat cərimələnəcək
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması qaydalarını pozanlar cərimələnəcək. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 324-1-ci maddə (Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması sahəsində xüsusi hazırlıqdan keçməmiş avtonəqliyyat vasitələrinin sürücüləri ilə əmək müqavilələrinin bağlanması) əlavə olunur. Belə ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük …
Read More »Prezident İlham Əliyev “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 12-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan alternativ investisiyaların idarə edilməsi üzrə “Starwood Capital Group” şirkətinin təsisçisi və icraçı direktoru Berri Sternlixi qəbul edib. Boyukmillet.com xəbər verir ki, Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərini və qısa zaman ərzində əldə olunan uğurları qeyd edən Berri Sternlix ölkəmizin regionda böyük rola malik olduğunu deyib. Qonaq vurğulayıb ki, …
Read More »SOCAR “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
Artıq bir müddətdir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə yeni bir aksiyaya start verilib. Boyukmillet.com xəbər verir ki, aksiya çərçivəsində Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri qəza xidmətinin əməkdaşlarına dəstək məqsədi ilə abonentlər tərəfindən daxil olan müraciətlərdən birinin nəticələrini özləri aradan qaldırır. “Başdan ayağa” aksiyası bu dəfə işini Sumqayıt şəhərində davam etdirib. Sumqayıt qaz istismarı Sahəsinin rəisi …
Read More »Xerson atəşə tutulub, 3 nəfər ölüb, 12 nəfər yaralanıb
Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Xerson vilayətindəki yaşayış məntəqələrini 26 dəfə atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xerson vilayəti hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin teleqramda yazıb. O bildirib ki, hücum minaatanlar, artilleriya və PUA-larla həyata keçirilib. Nəticədə 3 nəfər ölüb, 12 nəfər yaralanıb.
Read More »Ukrayna hərbçiləri Donetskin daha bir yaşayış məntəqəsini işğaldan azad edib
Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Strojevoe kəndini işğaldan azad edib. Boyukmillet.com xəbər verir ki xəbər verir ki, bu barədə dəniz piyadaları korpusunun 35-ci əlahiddə briqadasından bildirilib. Qeyd olunub ki, əməliyyat nəticəsində Rusiya ordusunun 50-yə yaxın hərbçisi məhv edilib, 4 nəfər əsir götürülüb. Ukrayna Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. Müdafiə nazirinin müavini Anna Malyar 35-ci əlahiddə dəniz briqadasına təşəkkür edib …
Read More »İraqda terrorçuların hücumu nəticəsində 3 hərbçi həlak olub
İraqda İŞİD yaraqlıları tərəfindən həyata keçirildiyi iddia edilən hücum nəticəsində 3 hərbçi ölüb, 4-ü yaralanıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə “Al-Arabiya” telekanalı ölkənin hərbi dairələrindəki mənbələrə istinadən xəbər verib. Terrorçuların Vadi-ən-Naft şəhərində hökumət qoşunlarının kazarmalarına hücumu səhər saatlarında baş verib. Məlumata görə, hücum avtomat silahdan istifadə edilməklə həyata keçirilib. Terrorçular ikisi zabit olmaqla 3 hərbçini öldürüb, 4 əsgər isə yaralanıb. …
Read More »İraq 3 illik dövlət büdcəsini 153 milyard dollar həcmində təsdiqləyib
İraq parlamenti 2023, 2024 və 2025-ci illər üzrə dövlət büdcəsini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, məlumatı “TRTHaber” yayıb. Bildirilib ki, dövlət büdcəsi 198,9 trln. dinar (153 milyard dollar həcmində) təsdiqlənib. Məlumata görə, bu məbləğ ölkə tarixində rekord miqdar sayılır. Büdcədə İraqın şimalındakı kürd yarımuxtariyyəti də daxil olmaqla sutkalıq neft hasilatı 3 500 000 barel nəzərdə tutulub. Ölkənin şimalından sutkada 400 …
Read More »Bakıda atmosferi çirkləndirən restoran rəhbərliyi cərimələnib
Bakıda atmosferi çirkləndirən restoran rəhbərliyi cərimələnib. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Qafar Ağayev məlumat verib. Qeyd olunub ki, ətraf mühitin mühafizəsinə, atmosfer havasının təmizliyinin qorunmasına dəstək məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən start verilən “Havanı kim çirkləndirir?” aksiyası çərçivəsində vətəndaşdan daxil olan şikayət əsasında Binəqədi rayonunda fəaliyyət göstərən “Cratos Hall” restoranından atmosferə tullantı …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar