Çərşənbə axşamı , 7 Aprel 2026

autor

Qarabağın erməni sakinləri sənədləri yoxlanıldıqdan sonra Xankəndi-Gorus istiqamətində maneəsiz keçirlər – VİDEO – EKSKLÜZİV

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələrinin Laçın-Xankəndi yolunun başlanğıcında qurduğu sərhəd-buraxılış məntəqəsi vasitəsilə erməniəsilli şəxslər heç bir maneə olmadan istifadə edirlər. “Report”un əldə etdiyi videodan da göründüyü kimi, sərhəd-buraxılış məntəqəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli şəxslərin sənədləri yoxlanılır və onların Xankəndi-Gorus istiqamətində rahat gediş-gəlişi təmin olunur. Sənədləri yoxlanıldıqdan sonra erməniəsilli şəxslərin sərbəst hərəkəti təmin edilir. Qeyd edək ki, 2020-ci …

Read More »

Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 9-u gündüzədək davam edəcək

Axşam və gecə bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətin məlumat verilib. Bildirilib ki, düşən yağıntının miqdarı Balakən, Qax, Qrız, Sabirabad, Yevlax, Tərtər, Şahdağ, Şəki, Zaqatala, Ağstafa, Şəmkir, Naftalan, Daşkəsən, Sədərək, Şərur, Naxçıvanda 2 mm-dək olub. Gədəbəy rayonunun Zəhmət kəndində saat 18:35-18:45 radələrində diametri 4-6 mm, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə isə saat 20:28-20:32 radələrində …

Read More »

Azərbaycan Ordusunda artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən, Quru Qoşunlarının birlik və birləşmələrin artilleriya rəisləri ilə təlim-metodiki toplanış keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Əvvəlcə zabitlərin müasir ümumqoşun döyüşünün aparılması üzrə nəzəri bilikləri yoxlanılıb. Toplanışda döyüş vəziyyətinə uyğun şəraitdə idarəetmə məntəqələrinin açılması, zəruri hesabatların aparılması, optik cihazlar vasitəsilə hədəf koordinatlarının aşkar edilməsi, bölmələr arasında qarşılıqlı əlaqənin saxlanılması, eləcə …

Read More »

Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” yarışının qalibləri bəlli olub

Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, həmçinin “Triterra” klubunun təşkilatçılığı və “Baku City Circuit”in dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “IronWind” turniri keçirilib. Boyukmillet.com-un məlumatına görə, Pirallahı rayonundakı Nərəkənd parkında baş tutan yarışda Azərbaycanla yanaşı Türkiyə, ABŞ, Böyük Britaniya, Xorvatiya, Rusiya və digər ölkə təmsilçiləri iştirak ediblər. Turnirdə 83 idmançı qüvvəsini sınayıb. Atletlər 1,9 km …

Read More »

İlkin Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb. “Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, prokuror çıxışında İ.Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini …

Read More »

XİN başçısı: “Ermənistan və onun havadarları yeni reallığı qəbul etmək istəmir”

“44 günlük müharibənin başa çatması regionda yeni reallıq yaradıb. Ermənistan və onun havadarları bu reallığı qəbul etmək istəmir, təxribatlarını davam etdirirlər”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ADA Universitetində diplomatlar üçün “Xarici siyasət” proqramının bağlanış mərasimində deyib. Nazir bildirib ki, hazırda regionda çox mühüm proseslər baş verir. O əlavə edib ki, indi gənc diplomatlar bu …

Read More »

AŞPA-nın həmməruzəçiləri Ağdamda Şəhidlər xiyabanında erməni barbarlığının şahidi olublar

Azərbaycanda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və Liz Kristofersen Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər ediblər. Bu barədə  Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib. Həmməruzəçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olublar. Qonaqlara Ağdamın tarixi, indiki vəziyyəti, burada törədilən …

Read More »

Macarıstan və Türkiyə NATO-da qarşılıqlı dəstək haqqında razılığa gəliblər

Macarıstan və Türkiyə NATO-da bir-birini dəstəkləmək barədə razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Türkiyənin yeni xarici işlər naziri Hakan Fidan ilə telefon danışığından sonra bildirib.“Mən təbii ki, onu təbrik etdim və prezident Ərdoğanın qalib gəlməsini nə qədər istədiyimizi söylədim. Biz iki ölkə arasında strateji tərəfdaşlığı inkişaf etdirmək öhdəliyimizə sadiq olduğumuza …

Read More »

Bakıda hərbi sursat aşkarlanıb

Bakıda hərbi sursat aşkarlanıb. Bu barədə  Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri …

Read More »

DYP “Əziz Şuşa” velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi “Əziz Şuşa” beynəlxalq velosiped turniri ilə əlaqədar sürücülərə müraciət edib. İdarədən  daxil olan müraciətdə deyilir: “Azərbaycan Velosiped Federasiyasının təşkilatçılığı ilə cari ilin 07-11 iyun tarixlərində “Əziz Şuşa Beynəlxalq Velosiped Turniri” keçiriləcək. Yarışa iyunun 7-də saat 10:30-da paytaxtın Səbail rayonunda yerləşən Veloparkdan start veriləcək. Velosipedçilər həmin gün Lökbatan dairəsindən, Bakı Kənar Dairəvi yoldan və Baş Dövlət …

Read More »