Çərşənbə , 8 Aprel 2026

autor

Ermənilər Azərbaycan Ordusunun Ağdam və Şuşadakı mövqelərini atəşə tutub

Mayın 30-u saat 11:55-dən saat 16:25-dək Ordumuzun Ağdam və Şuşa rayonları istiqamətlərində yerləşən mövqeləri Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən müxtəlif çaplı atıcı silahlardan istifadə edilməklə fasilələrlə atəşə tutulub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb. Bundan başqa, qeyri-qanuni erməni silahlı …

Read More »

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb

Qanunsuz erməni silahlı dəstələrinin Ağdam, Füzuli, Kəlbəcər və Laçında fortifikasiya qurğuları quraşdırmasının qarşısı alınıb. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Ordumuzun Ağdam rayonunun Çuxurməhlə, Füzuli rayonunun Yuxarı Veysəlli, Laçın rayonunun Xırmanlar və Kəlbəcər rayonunun Mərcimək yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Bölmələrimiz …

Read More »

Daxili Qoşunların hərbçisi odlu silahla ehtiyatsız davranmaq nəticəsində özünü güllələyərək öldürüb

Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu Ş.Əmiraslanov bu gün keçirilən təlim zamanı odlu silahla ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Bu barədə DİN-dən məlumat verilib. O, xəstəxanaya çatdırılıb, lakin həkimlərin səyinə baxmayaraq vəfat edib.

Read More »

Azərbaycan müdafiə və milli təhlükəsizlik xərclərini 1 milyard manatdan çox artırır

Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 milyard 105 milyon manat, o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 milyard manat artırır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 070 milyon manat təşkil edəcək.

Read More »

Prezident: “İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar”

“İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar”. Boyukmillet.com xəbər verir ki bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında deyib. Bizim əsrlər boyu davam edən qarşılıqlı əlaqələrimizin, dostluq və qarşılıqlı dəstək tariximizin olduğunu xatırladan dövlətimizin başçısı qeyd edib: “Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə, 31 yaşı var, lakin bizim qədim tariximiz var. …

Read More »

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb

Türkiyədə parlament seçkilərinin yekun nəticələri açıqlanıb. Boyukmillet.com xəbər verir ki, nəticələri mayın 30-da ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener elan edib. Onun sözlərinə görə, hakim Ədalət və İnkiişaf Partiyası (AK Parti) qanunverici orqanda 268 deputatla təmsil olunacaq. Milliyətçi Hərəkat Partiyası 50, Yenidən Rifah Partiyası 5, Yaşıl Sol Partiyası 61, Türkiyə İşçi Partiyası 4, Cümhuriyyət Xalq Partiyası (CHP) 169, İYİ …

Read More »

İlham Əliyev: “Yəhudi icmasının nümayəndələri ərazi bütövlüyümüz uğrunda bizimlə çiyin-çiyinə döyüşüblər”

Yəhudi icmasının nümayəndələri Azərbaycan vətəndaşlarıdır, ölkəmizin müasir inkişafına böyük töhfələr vermiş və verməkdə davam edən insanlardır. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında bildirib. “Onlar bizim müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda bizimlə, Azərbaycandakı bütün digər etnik qrupların nümayəndələri ilə çiyin-çiyinə döyüşüblər. Hesab edirəm ki, bu gün bu amil yalnız …

Read More »

Prezident İlham Əliyev: “Azərbaycandakı yəhudi icması ölkəmiz üçün böyük sərvətdir”

Bu gün biz, həmçinin ölkələrimiz arasında qarşılıqlı turist axını səviyyəsinin artırılması imkanlarını da müzakirə etdik. Hazırda (ölkələrimiz arasında – red.) həftədə cəmi 4 reys yerinə yetirilir. Fikrimcə, bu, kifayət deyil. Nümayəndə heyətlərimizin üzvlərinə uçuşların sayını yalnız mövsümi əsasda deyil, həm də daimi əsasda artırmaq üçün müvafiq göstərişlər verilib. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin …

Read More »

İlham Əliyev və Mehriban Əliyevanın adından İsrail Prezidenti və xanımının şərəfinə rəsmi lanç verilib

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın adından İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq və birinci xanım Mixal Hersoqun şərəfinə rəsmi lanç verilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Read More »

Azərbaycan neftinin büdcə qiyməti 60 dollara qaldırılır

Azərbaycanın 2023-cü il üzrə dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 50 ABŞ dollarından 60 ABŞ dollarına qaldırılır. Boyukmillet.com bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. Yenilənmiş makroiqtisadi proqnozlara əsasən baza ssenaridə ilin qalan dövrü üçün neftin 1 barelinin orta ixrac qiyməti 60 ABŞ dolları götürülür (4 aylıq fakt 85,8 ABŞ dolları). “2023-cü ilin yanvar-aprel aylarında Azərbaycan neftinin 1 barrelinin orta ixrac qiyməti 85,8 ABŞ dollarına bərabər olub ki, bu da …

Read More »