Çərşənbə , 8 Aprel 2026

autor

Milli Məclisin plenar iclası başlayıb, gündəlikdə 28 məsələ var

 Məclisin yaz sessiyası üçün növbəti plenar iclası başlayıb. Boyukmillet.com xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 28 məsələnin müzakirəsi daxil edilib. Həmin məsələlər aşağıdakılardır:1. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında” Milli Məclisin qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi 2. “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun …

Read More »

Azərbaycan XİN: “Ermənistanın əsassız bəyanatını rədd edirik”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Laçın rayonunda 28 may 2023-cü il tarixində səsləndirdiyi fikirlərə və çağırışlara istinadən Ermənistan Xarici İşlər Nazirliyi tərəfindən növbəti dəfə verilmiş qərəz dolu əsassız bəyanatı qətiyyətlə rədd edirik”. Boyukmillet.com xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin bəyanatında yer alıb. “Ermənistan tərəfinin bu bəyanatı, Azərbaycan ərazilərini 30 il işğal altında saxlayan, azərbaycanlılara qarşı etnik təmizləmə həyata …

Read More »

Ərdoğanın andiçmə mərasiminin təxmini tarixi açıqlanıb

Mayın 28-də keçirilən seçkilərdə yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi iyunun 2-si və ya 6-da keçirilə bilər. Boyukmillet.com  xəbər verir ki, məlumatı “CNNTurk” yayıb. Ölkənin Mərkəzi Seçki Komissiyası parlament seçkilərinin yekun nəticələrini mayın 30-da açıqlayacaq. İyunun 2-də millət vəkilləri Böyük Millət Məclisində and içəcək. 5 gün ərzində parlament sədrliyinə namizədlər irəli sürüləcək. Məlumata görə, R.T.Ərdoğan ya iyunun …

Read More »

MN: “Ermənilər Azərbaycan Ordusunun mövqelərini 19 dəfə atəşə tutub”

Mayın 29-u saat 19:00-dan mayın 30-u saat 03:55-dək Ordumuzun mövqeləri ümumilikdə 19 dəfə fasilələrlə atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bunlardan 4-ü Ermənistan silahlı qüvvələrinin bölmələrinin İstisu, Tovuzqala rayonunun Çinarlı və Aygepar, Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Tovuz rayonunun Əsrik Cırdaxan və Əlibəyli, Kəlbəcər rayonunun Dəmirçidam və İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı …

Read More »

Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

Belarus Milli Kitabxanasının binası 28 May – Azərbaycanın Müstəqillik Günü şərəfinə ölkəmizin dövlət bayrağının rəngləri ilə işıqlandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Belarusdakı Səfirliyi sosial şəbəkə hesabında məlumat yayıb. Здание Национальной библиотеки Беларуси, осветилось цветами государственного флага 🇦🇿 в честь 28 мая – Дня независимости Азербайджана.#28may #independenceday #longliveazerbaijan pic.twitter.com/PRRQoTZKMz— AzEmbassy in Belarus (@azembassy_minsk) May 29, 2023

Read More »

Bayden Ərdoğanla F-16 qırıcılarını və İsveçin NATO-ya üzvlüyünü müzakirə edib

ABŞ Prezidenti Cozef Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankaranın mümkün Amerikanın F-16 qırıcılarını alması məsələsini müzakirə edib. Dövlət başçıları Türkiyənin etiraz etdiyi İsveçin NATO-ya daxil olması mövzusuna da toxunublar. Bu barədə Boyukmillet.com “Reuters”ə istinadən xəbər verir. Mövzular Baydenin telefon danışığı zamanı prezident seçkilərindəki qələbəsi münasibətilə Ərdoğanı təbrik edərkən müzakirə olunub. “Ərdoğanla danışdım. Ərdoğanı təbrik etdim. O, hələ də F-16-da nəsə …

Read More »

Azərbaycanın baş konsulu ABŞ-da həlak olmuş hərbçilərin anım mərasimində iştirak edib

Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulu Ramil Qurbanov Los-Anceles Milli Qəbiristanlığında həlak olmuş hərbçilərin şərəfinə təşkil edilən müharibə qurbanlarının anım mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, baş konsul bu barədə tviterdəi hesabında bildirib. Mərasimdə Azərbaycan Respublikasının ABŞ-ın Los-Anceles şəhərindəki Baş konsulluğu adından əklillər qoyulub. “Öz Vətənində sülh uğrunda canından keçən hər kəsə ehtiramla”, – baş konsul qeyd edib.

Read More »

Rusiya Kiyevə hücum edib, ölən və xəsarət alanlar var

Rusiya ordusu mayın 30-a keçən gecə pilotsuz uçuş aparatları ilə Ukraynanın paytaxtı Kiyevə hücum edib, ölən və xəsarət alanlar var. Boyukmillet.com Ukrayna mətbuatına istinadən xəbər verir ki, Ukraynanın bəzi vilayətlərində hava həyəcanı xəbərdarlığı elan edilib. Qeyd edilir ki, siqnallar Çerniqov, Kiyev, Jitomir, Çerkask və Kirovoqrad vilayətlərinin ərazisində səslənib. Kiyev regional hərbi administrasiyası pilotsuz uçuş aparatlarının hərəkəti barədə məlumat verib. Paytaxtdakı partlayışlar …

Read More »

Türkiyə PA: “Ərdoğana 19 ölkənin dövlət və hökumət başçısından təbrik zəngi gəlib”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana 19 ölkənin dövlət və hökumət başçılarından təbrik zəngi gəlib. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Fəxrəddin Altun tviter hesabında yazıb. “Dünya liderləri Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın seçki qələbəsini qeyd etməyə davam edir. Azərbaycan, Özbəkistan, Türkmənistan, Qazaxıstan, ABŞ, Rusiya, Ukrayna, İngiltərə, Almaniya, Fransa, Niderland, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Misir, Fələstin, İsrail, …

Read More »

Gənclər və İdman Nazirliyi diplomatiyada biliyini təkmilləşdirmək istəyənlərə müraciət edib

Gənclər və İdman Nazirliyi beynəlxalq münasibətlər və diplomatiya sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək istəyən gənclərə müraciət edib. Boyukmillet.com xəbər verir ki, müraciətdə qeyd olunur ki, Gənclər və İdman Nazirliyinin dəstəyi və Qoşulmama Hərəkatı Gənclər Təşkilatının təşkilatçılığı ilə “Qoşulmama Hərəkatı İlk Yay Məktəbi”nə müraciətlər açıq elan edilib. “İyunun 12-dən 17-dək Şəki Olimpiya İdman Kompleksində keçiriləcək yay məktəbində gənclər müxtəlif təlim, seminar, …

Read More »