Moldovaya girişinə icazə verilməyən 40-a yaxın azərbaycanlı tələbə ölkəyə qaytarılacaq. Bunu “Report”un sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib. O bildirib ki, Azərbaycanın Moldovadakı səfirliyi məsələ barədə məlumatlıdır və həmin gənclərə hər bir dəstək göstərilib: “Ukraynada təhsil almaq üçün yollanan azərbaycanlı tələbələrin universitetə qəbul sənədləri qaydasında olmadığı üçün Moldova tərəfi onların ölkəyə girişinə icazə verməyib. …
Read More »Qəzadan sonra Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırıldı
Türkiyədə C-130 təyyarələrinin uçuşu dayandırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu qərar C-130 hərbi yük təyyarəsinin noyabrın 10-da Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğramasından sonra ehtiyat tədbiri olaraq qəbul edilib.
Read More »Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbi təyyarəsinin hissələri Kayseridə tədqiq ediləcək
Noyabrın 11-də Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin hissələri Kayseri vilayətinə aparılacaq. Boyukmillet.com xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. Bildirilib ki, hazırda hadisə yerində (Gürcüstanda) müvafiq qurumların əməkdaşları geniş araşdırma aparır, lakin araşdırma bitdikdən sonra təyyarənin qalıqları Kayseri vilayətində yerləşən hərbi bazaya gətirilərək burada tədqiq ediləcək. Xatırladaq ki, Gürcüstan …
Read More »İran 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edir
İran bu ilin iyununda baş verən 12 günlük müharibəyə görə ABŞ-dən kompensasiya tələb edir. Boyukmillet.com İSNA-ya istinadən xəbər verir ki, bu barədə tələb İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ Prezidenti Donald Trampın İsrailin İrana qarşı təcavüzünə rəhbərlik etdiyinə dair etirafına əsaslanaraq BMT Baş katibi Antonio Quterreşə ünvanladığı məktubdə əks olunub. A.Əraqçi məktubunda ABŞ və İsraili İslam Respublikasına qarşı 12 günlük …
Read More »Balakəndə avtoxuliqanlıq edən və narkotikin təsiri altında olan altı sürücü məsuliyyətə cəlb olunub
Balakəndə avtoxuliqanlıq edən və narkotik vasitənin təsiri altında sükan arxasına əyləşən sürücülər məsuliyyətə cəlb olunublar. Boyukmillet.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. Belə ki, keçirilən tədbirlər zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 5, eləcə də rayon ərazisində avtoxuliqanlıq edərək digər hərəkət iştirakçıları üçün təhlükə yaradan 1 …
Read More »Ermənistan parlamenti 44 günlük müharibə hesabatını ictimaiyyətdən gizlədir
Ermənistan Milli Assambleyasında 44 günlük müharibənin gedişini araşdırmaq üçün yaradılmış istintaq komissiyasının hesabatı ictimaiyyətə açıqlanmayacaq. Boyukmillet.com xəbər verir ki, parlamentin Müdafiə və Təhlükəsizlik daimi komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının deputatı Andranik Koçaryan bildirib ki, sənəd yalnız məhdud sayda dövlət strukturlarına təqdim ediləcək. Bu açıqlama 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı səsləndirilib. Koçaryan müxalifət deputatlarının suallarını cavablandırarkən qeyd edib ki, 44 …
Read More »Hüseyn Cavidin məqbərəsi bərpa olunacaq
Naxçıvan şəhərində Azərbaycan şairi, dramaturq Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq. Bu barədə “Repor’tun yerli bürosu xəbər verir. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub.
Read More »Naxçıvanda yeni regional mədəniyyət idarələri yaradıldı
Naxçıvan Mədəniyyət Nazirliyinin regional bölmələri yenidən təşkil edilib. Boyukmillet.com Modern.az-a istinadən xəbər verir ki, nazirliyin rayon (şəhər) mədəniyyət idarə və şöbələri ləğv olunub. Yeni Sərəncama əsasən, nazirliyin regional mədəniyyət idarələri yaradılıb. Bundan sonra nazirliyin cəmi 3 regional mədəniyyət idarəsi olacaq. Belə ki, Naxçıvan Şəhər Mədəniyyət İdarəsi, Babək Rayon Mədəniyyət İdarəsi və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin əsasında Naxçıvan Regional Mədəniyyət İdarəsi, Şərur …
Read More »Qəza ilə bağlı birgə istintaq qrupu YARADILDI
Azərbaycan, Türkiyə və Gürcüstan Türkiyəyə məxsus “C-130” tipli hərbi təyyarənin Gürcüstanda qəzaya düşməsi ilə bağlı birgə istintaq qrupu yaradıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Gela Geladze məlumat verib. Onun sözlərinə görə, Türkiyədən gələn mütəxəssislər bütün gecə qəza yerində işləyiblər və araşdırma prosesinə qoşulublar. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 275.4-cü maddəsi “Hava nəqliyyatının …
Read More »Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin “qara qutusu” tapıldı
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 “Herkules” təyyarəsinin Gürcüstanda qəzaya uğramasından sonra aparılan axtarışlar nəticəsində təyyarənin “qara qutusu” aşkarlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat “A Haber” telekanalının canlı efirində açıqlanıb. Hadisə ilə bağlı istintaq davam edir, “qara qutunun” deşifrə olunması qəzaya səbəb olan amillərin dəqiq müəyyənləşdirilməsində həlledici rol oynayacaq.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar