Çərşənbə axşamı , 7 Aprel 2026

autor

İran yeni hipersəs raketini yaratdı – Hacızadə

İran yaxın vaxtlarda hipersəs raketini təqdim edəcək. Boyukmillet.com xəbər verir ki, bunu İran Hərbi Hava və Kosmik Qüvvələrinin komandanı, general Əmir Əli Hacızadə deyib. “Hipersəs raketi sınaqlardan keçib və tezliklə təqdim olunacaq. Bu, İranın raket sahəsində böyük sıçrayışıdır. Raket düşmənin raket əleyhinə müdafiə sistemlərinə yönəlib. Hipersəs raketi 12-13 Max yüksək sürətə malikdir və atmosferdə və xaricində manevr edə bilir”, – …

Read More »

Kanada parlamenti qarşısında Azərbaycan bayrağı qaldırılıb

Kanadanın paytaxtı Ottavada ölkə parlamentinin binası önündə 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının təntənəli şəkildə qaldırılması mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi, Toronto Azərbaycan Evinin təşkilatçılığı ilə baş tutan mərasimdə Kanada parlamentinin üzvləri, Azərbaycanın və Türkiyənin Kanadadakı səfirliklərinin əməkdaşları, Ottava, Toronto və Monreal şəhərlərində yaşayan Azərbaycan icmasının fəalları və diaspor təşkilatlarının rəhbərləri …

Read More »

Ukrayna İrana qarşı sanksiyalar tətbiq etdi

Ali Rada Rusiyanı pilotsuz təyyarələr və silahlarla təmin etməsi səbəbindən İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqini təsdiqləyib. Boyukmillet.com xəbər verir ki, bunu ukraynalı deputat Aleksey Qonçarenko deyib. İrana qarşı sanksiyaların tətbiqini 328 deputat dəstəkləyib. Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski İrana qarşı 50 il müddətinə sanksiyaların tətbiqi təşəbbüsü ilə çıxış etmişdi.

Read More »

Çin rəsmisi: “Azərbaycanla münasibətlərin inkişafı daim diqqət mərkəzindədir”

Dost və tərəfdaş ölkələr olan Azərbaycan ilə Çin arasında münasibətlərin inkişafı daim diqqət mərkəzindədir. Boyukmillet.com xəbər verir ki, bunu Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsi sədrinin müavini Şöhrət Zakir Çin Xalq Respublikasında (ÇXR) səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib. Şöhrət Zakir dost və tərəfdaş ölkələr olan …

Read More »

Siyasi şərhçi: “Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı”

“Ərdoğanın Prezident seçilməsi ilə qazanan yalnız Türkiyə olmadı”. Boyukmillet.com xəbər verir ki, bu sözləri “İslahatçı Gənclər” İctimai Birliyinin sədri siyasi şərhçi Fərid Şahbazlı bildirib. “Azərbaycanla Türkiyəni tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Təbii olaraq, Türkiyədə keçirilən Prezident seçkilərinə qardaş Azərbaycan xalqı və ictimaiyyəti tərəfindən böyük diqqət və maraq var. Çünki hər kəsə bəllidir ki, dünyada Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri …

Read More »

Oğuzda meşədə narkotik becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  verilən məlumata görə, əldə edilən əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Oğuz şəhər sakini, əvvəllər də məhkum olunmuş Əsgər İsmayılov şübhəli şəxs qismində saxlanılıb. Rayon ərazisində meşəlik əraziyə baxış keçirilən zaman oradan Ə.İsmayılovun becərdiyi …

Read More »

Putin Rusiyanın Avropanın silahlı qüvvələrlə bağlı müqaviləsindən çıxmasını təsdiqləyib

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin “Avropada Adi Silahlı Qüvvələrin Məhdudlaşdırılması (AASQM) haqqında” müqavilədən denonsasiyasına dair qanunu imzalayıb.  Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya hökumətinin rəsmi saytı məlumat yayıb. Qeyd edək ki, bu müqavilə 1990-cu ildə Parisdə və 1999-cu ildə Türkiyənin İstanbul şəhərində ATƏT-in sammitində yenilənmiş variantda imzalanıb. Məlumata görə, uyğunlaşdırılmış müqaviləni yalnız dörd ölkə – Rusiya, Belarus, Qazaxıstan və …

Read More »

Prezident və birinci xanım taekvondo üzrə dünya çempionatının açılış mərasimində iştirak edirlər

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku …

Read More »

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın nümayəndə heyəti Azərbaycana gələcək

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (ICMP) nümayəndə heyəti yaxın günlərdə Bakıya gələcək. Bu barədə Azərbaycanın Niderlanddakı səfiri Rəhman Mustafayev məlumat verib. O bildirib ki, Qarabağ müharibəsi zamanı itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyinə aydınlıq gətirilməsi məsələsi ölkə başçısının və Azərbaycan Xarici İşlər Nazirliyinin, eləcə də ölkəmizin digər səlahiyyətli strukturlarının daim diqqət mərkəzindədir. Diplomat vurğulayıb ki, bu, Azərbaycan və Ermənistan arasında münaqişədən …

Read More »

“Türkiyədəki prezident seçkisinin nəticəsi Azərbaycan üçün mühüm önəm kəsb edir” – RƏY

“Mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunun nəticəsi təkcə Türkiyə üçün deyil, ümumilikdə Türk dünyası, o cümlədən Azərbaycan üçün mühüm önəm kəsb edir”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib. Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu seçkilərdə Azərbaycan-Türkiyə birliyinin, Türk dünyasının qazanması deməkdir: “Çünki əks təqdidə həm Türkiyə yenidən xarici …

Read More »