Çərşənbə , 8 Aprel 2026

autor

Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana səfərə gəlir

Böyük Britaniyanın Baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün mayın 29-u Azərbaycana dördgünlük rəsmi səfərə gələcək. Bu barədə  Böyük Britaniyanın Azərbaycandakı Səfirliyindən məlumat verilib. Bildirilib ki, bu səfər Böyük Britaniyanın Azərbaycan ilə iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyinin növbəti göstəricisidir. Baronessa Nikolson Bakıda Azərbaycanın energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Adil Kərimli, Milli Məclisin spikeri Sahibə …

Read More »

Ukrayna Rusiyanın 66 hava hücumunun qarşısını alıb

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında Rusiyanın 75 hava hücumundan 66-nın qarşısını alıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri yayıb. Bildirilib ki, Rusiya qoşunları Xəzər dənizində yerləşən bazadan 9 “Tu-95MC” təyyarə ilə 40 “X-101/X-555” qanadlı raket atıb. Bundan başqa, Rusiya Ukraynanın cənub və şimal ərazilərinə İran istehsallı 35 “Shahed-136/131” PUA ilə hücum edib. Ukrayna müdafiəçiləri 40 qanadlı raketdən 37-sini və …

Read More »

Azərbaycan çempionatında son 19 ilin rekordu qeydə alınıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının başa çatan 2022/2023 mövsümündə 475 qol vurulub. Boyukmillet.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 180 oyunun keçirildiyi çempionatda orta məhsuldarlıq 2,64-ə bərabərdir, bu isə son 19 mövsüm üçün rekord göstəricidir. 2004/2005 mövsümündən indiyədək belə məhsuldarlıq qeydə alınmayıb. Bu rəqəmin daha yüksək olması sonuncu dəfə 2003/2004 mövsümündə gerçəkləşib. Baş tutan 167 oyununda 485 …

Read More »

Azərbaycan Ordusunun Ağdam istiqamətindəki mövqeləri atəşə tutulub

Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

Read More »

İranın Rusiyaya silah və PUA göndərmək üçün birbaşa marşrutu var

İran Xəzər dənizi vasitəsilə Rusiyanı silahlarla təmin etmək imkanına malikdir. Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Ekspertlərin fikrincə, Moskva və Tehran arasında əməkdaşlıq dərinləşdikcə Xəzər marşrutu Rusiya hökumətinin Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzünü dəstəkləmək üçün İrandan aldığı pilotsuz təyyarələrin, güllələrin və minaatanların daşınması üçün istifadə olunur. Nəşr qeyd edib ki, monitorinq məlumatlarına görə bölgədəki gəmilərin getdikcə “kölgəyə” …

Read More »

Ərdoğan Rusiya ilə əməkdaşlıq çərçivəsində Türkiyədə qaz qovşağı yaratmaq niyyətini açıqlayıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qaz qovşağı layihəsini həyata keçirməkdə hələ də qərarlı olduğunu bildirib. Boyukmillet.com  xəbər verir ki, bunu Türkiyə lideri Prezident Külliyəsində çıxışı zamanı deyib. “Türkiyənin beynəlxalq mərkəz kimi mövqeyini daha da gücləndirəcəyik. Yeri gəlmişkən, cənab Putin təbrik mesajında ​​Trakya bölgəsində Türkiyədə bir qovşağın yaradılmasını təkrarladı. Biz bunu onlarla edəcəyik. Trakya isə mərkəz olacaq”-Ərdoğan vurğulayıb.

Read More »

Bayden Türkiyə Prezidentini təbrik edib

ABŞ Prezidenti Cozef Bayden Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində əldə etdiyi qələbə ilə bağlı təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Bayden tviterdə paylaşım edib. “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Mən ikitərəfli məsələlər və ümumi qlobal çağırışlar üzrə NATO müttəfiqimizlə birgə işləməyə davam etməyi səbirsizliklə gözləyirəm” – Bayden vurğulayıb. Congratulations to President Recep Tayyip …

Read More »

Prezident: “Türkiyənin uğurları qardaş ölkə olaraq bizi də olduqca qürurlandırır”

“Milli iradənin təntənəsi olan səsvermənin nəticələri ölkənizin hərtərəfli inkişafı yolunda qətiyyətlə həyata keçirdiyiniz genişmiqyaslı siyasətə və əvəzsiz xidmətlərinizə verilən ən ali qiymətdir. Çağdaş dövrümüzün səhifələrinə qızıl hərflərlə həkk olunmuş fəaliyyətiniz Vətənə, xalqa, Türk elinə hədsiz sevginin, bağlılığın və sədaqətin bariz ifadəsidir”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prezident seçkilərində qələbə münasibətilə Rəcəb Tayyib Ərdoğana ünvanladığı …

Read More »

İlham Əliyev: “Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur”

“Tarixən qırılmaz tellərlə bir-birinə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkiyə əlaqələrinin bu gün dünyada bənzəri yoxdur”. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin Rəcəb Tayyib Ərdoğana ünvanladığı məktubda deyilir. “Sarsılmaz dostluq və qardaşlığımız, qarşılıqlı faydalı əməkdaşlığımız, birgə gerçəkləşdirdiyimiz irimiqyaslı layihələr strateji müttəfiqliyimizi səciyyələndirən mühüm amillər olmaqla yanaşı, eyni zamanda regional əməkdaşlığın, təhlükəsizliyin və sabitliyin onurğa sütununu təşkil …

Read More »

Putin Ərdoğanı təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Qeyd edək ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilib. Hazırda səslərin 99,5 faizi sayılıb. Bu nətiələrə görə Ərdoğan rəqibi Kılıçdaroğlunu 4 faizdən daha çox qabaqlayır. Bu isə artıq qələbə deməkdir.

Read More »