“Türkiyə seçki prosesinin ilk mərhələsini müdrik formada başa vurdu”. Boyukmillet.com xəbər verir ki, bunu ölkənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı prezident seçkilərinin ikinci turunda səs verdikdən sonra jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Türkiyənin yaradılmasının yeni əsrinin ilk seçki sınağı bu gün başa çatacaq: “Seçkilərin nəticəsinin uğurlu olmasını arzulayıram”. Xatırladaq ki, bu gün Türkiyədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu …
Read More »Binəli Yıldırım Azərbaycanı təbrik edib
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan dövləti və xalqını təbrik edib. Boyukmillet.com xəbər verir ki, o, təbrikini tviterdə paylaşıb. “Tək millət, iki dövlət. Müstəqillik Günün mübarək olsun, Azərbaycan. Qardaşlarıma səmimi salamlarımı çatdırıram”, – B.Yıldırım yazıb.
Read More »Prezidentdən laçınlılara: Sizinlə Laçın şəhərində görüşürük və bundan böyük xoşbəxtlik ola bilməz
Mən yaxşı xatırlayıram, yəqin ki, siz də xatırlayırsınız, 2011-ci il dekabrın 24-də ad günümdə mən laçınlılarla Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində görüşmüşdüm. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə bildirib. Adətən öz ad günlərini, o cümlədən yubiley sayılan ad günlərini qeyd etmədiyini deyən dövlətimizin başçısı qeyd edib: “60 yaşımı Cıdır …
Read More »İlham Əliyev: İki il yarım ərzində baş vermiş hadisələr Qarabağdakı erməniləri xülyadan ayıltmalıdır
Biz öz doğma torpağımızdayıq və bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi bizim əzəli, hüquqi torpağımızdır. Boyukmillet.com xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 28-də Laçında bu rayondan olan sakinlərlə görüşdə səslənddirib. Prezident İlham Əliyev deyib: “Hesab edirik ki, onlar özləri başa düşəcəklər, özləri gəlib Azərbaycan Bayrağı altında yaşamağa addım atacaqlar. Biz bunu gözləyirik. Ona görə hər hansı bir …
Read More »Əfqanıstan-İran sərhədində atışma olub, ölənlər var
Əfqanıstan-İran sərhədində atışma olub. Boyukmillet.com xəbər verir ki, “Taliban” döyüşçüləri “korrupsiyaya uğramış İran İslam Respublikası ilə Amerikaya qarşı müharibədən daha çox həvəslə” mübarizə aparacaqlarını bildiriblər. “Ağsaqqallar cihada icazə versələr, tezliklə İranı fəth edəcəyik”, – liderlərdən biri deyib. Bu arada Əfqanıstan Milli Müdafiə Nazirliyi açıq atəşə görə İranın hərbi qüvvələrini günahlandırıb. “Təəssüf ki, bu gün yenidən İran qoşunları Əfqanıstanın Nimroz əyalətinin …
Read More »Qazaxıstan Səfirliyindən Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım
Qazaxıstanın ölkəmizdəki Səfirliyi Azərbaycanın Müstəqillik Günü münasibətilə paylaşım edib. Boyukmillet.com xəbər verir ki, bu barədə səfirliyin tviterdəki hesabında paylaşım olunub. Səfirlik paylaşımda Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.
Read More »BMT Baş katibi dünyanı irqçiliyə qarşı mübarizəyə səsləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş dünya ölkələrini irqçiliyə qarşı mübarizəyə səsləyib. Boyukmillet.com xəbər verir ki, BMT Baş katibi bu barədə tviterdəki hesabında yazıb. “İrqçilik bütün cəmiyyətlərdə icmaları, sosial strukturları və gündəlik həyatı zəhərləyir. Hamı üçün sülh, ləyaqət, fürsət dünyası qurmaq üçün danışmaq və hərəkətə keçməyin vaxtıdır. Gəlin birlikdə irqçiliyə qarşı mübarizə aparaq”, – Antonio Quterreş qeyd edib.
Read More »Zelenski: “Təcavüz üçün çalışanların hamısı haqqında məlumat toplayırıq”
Ukrayna birbaşa və ya dolayı əməkdaşlıq formasından asılı olmayaraq, təcavüz üçün işləyənlər haqqında bütün məlumatları toplayır. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində deyib. “Biz addım-addım, birbaşa və ya dolayı yolla təcavüza üçün işləyənlərin hamısı haqqında tam məlumat toplayırıq”, – Prezident deyib. O bildirib ki, Rusiya Federasiyası ilə əməkdaşlıq edəcək hər bir şəxs bloklanacaq. Eyni zamanda, Prezident əmin …
Read More »TÜRKPA Azərbaycanın Müstəqillik Günü ilə bağlı paylaşım edib
Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı təşkilatın sosial şəbəkə hesabında paylaşım olunub. “Azərbaycan Respublikasının Müstəqillik Günü mübarək olsun!”, – paylaşımda deyilir.
Read More »Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib
Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisdəki məzarı ziyarət edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tviterdəki hesabında yazıb. “Müsəlman Şərqinin ilk parlament demokratiyası – Azərbaycan Demokratik Respublikasının banilərindən biri, Azərbaycan Parlamentinin ilk sədri olan Əlimərdan bəy Topçubaşovun Parisin Sen Klu qəbirstanlığındakı məzarını ziyarət etdik. 28 May Müstəqillik Günümüz mübarək olsun!”, – səfir qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar