Serbiya Prezidenti Aleksandr Vuçiç hakim Serb Tərəqqi Partiyasının sədri vəzifəsindən istefa verib. Boyukmillet.com xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. Onun istefasının səbəbi açıqlanmayıb. Qeyd edək ki, A.Vuçiç 2012-ci il sentyabrın 29-da partiyanın sədri seçilib.
Read More »Hulusi Akar: “Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”
“Türkiyədən PKK-ya üzvlük barmaqla sayıla biləcək qədər azdır”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, terrorçulara qarşı mübarizə uğurla davam edir: “Ən sonuncu terrorçu məhv edilənədək əməliyyatlarımız davam edəcək. Bizim yeganə hədəfimiz terrorçulardır. Onların iki yolu var: ya təslim olmalı, ya da gizləndikləri mağaralarda ölməlidirlər”. H.Akar bildirib ki, terrorçuları narahat edən əsas …
Read More »Bruney Sultanı Prezident İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
Bruney Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri! Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Mən Bruney ilə Azərbaycan arasında mövcud olan dostluq münasibətlərini yüksək qiymətləndirir və ikitərəfli əlaqələrimizin, eləcə də İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığımızın daha da …
Read More »Putin azərbaycanlını elmi-pedaqoji fəaliyyətinə görə fəxri fərmanla təltif edib
Azərbaycanlı Vaqif Kərimov Rusiya Federasiyası Prezidentinin Fəxri diplomu ilə təltif edilib. Boyukmillet.com xəbər verir ki, o, elmi-pedaqoji fəaliyyətdə və ixtisaslı mütəxəssislərin hazırlanmasında xidmətlərinə görə təltif edilib. Qeyd edək ki, Vaqif Kərimov Serqo Orconikidze adına Rusiya Dövlət Geoloji Kəşfiyyat Universitetinin kafedra müdiridir.
Read More »Maltanın dövlət başçısı Prezident İlham Əliyevi təbrik edib
Malta Respublikasının Prezidenti Corc Vella Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri! Azərbaycanın Müstəqillik Günü münasibətilə Malta xalqı ilə birlikdə Sizə və xalqınıza səmimi təbriklərimizi çatdırırıq. Malta Respublikası ilə Azərbaycan Respublikası arasında uzunmüddətli ikitərəfli əlaqələr mövcuddur. Əminəm ki, ölkələrimiz əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə ikitərəfli əməkdaşlığın yeni imkanlarını müəyyənləşdirmək üçün bundan sonra da …
Read More »İran və Əfqanıstan sərhədçiləri toqquşdu: atışma gedir
Mayın 27-si səhər saatlarından başlayaraq İran-Əfqanıstan sərhədində hər iki tərəfin sərhədçiləri arasında silahlı qarşıdurma olub. Boyukmillet.com xəbər verir ki, bu barədə İran mediası məlumat və video görüntülər yayıb. Məlumatlarda insan tələfatı və yaralılar barədə hər hansı açıqlama verilmədən tərəflər arasında atəşin davam etdiyi bildirilir. Qeyd edək ki, İran Prezidenti Rəisinin su problemi ilə bağlı Əfqanıstanı ittiham etməsindən sonra iki ölkə …
Read More »QHT Agentliyinə sərt ittiham: “Məqsədli şəkildə gərginlik yaradırlar”- Video
İSBAM sədri Samir Adıgözəlli QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının ünvanına son qrant müsabiqəsinin nəticələrinə görə sərt ittihamlar səsləndirib. Boyukmillet.com həmin çıxışı təqdim edir:
Read More »İlham Əliyev Kəlbəcərə getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 27-də Kəlbəcər rayonuna səfər edib. Boyukmillet.com xəbər verir ki, dövlət başçısı Kəlbəcər rayonunda Yanşaq və Zallar kəndlərinin təməlqoyma mərasimlərində, “Azərenerji” ASC-nin “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyalarının açılışlarında iştirak edib. Prezident İlham Əliyevə uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və 2021-ci ilin noyabrından 2023-cü ilin mayınadək ümumilikdə bu yolda və …
Read More »Türkiyə DİN başçısı: “ABŞ yönümlü siyasət yürüdənlər vətən xaini hesab olunacaq”
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə ABŞ-ın maraqlarını müdafiə edən siyasət yürüdənlərin hamısını vətən xaini sayılacağını bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə “T24” portalı məlumat yayıb. “Vurğulamaq istəyirəm ki, istər partiyalar olsun, istərsə də ayrı-ayrı şəxslər, bundan sonra kim Amerika yönümlü siyasət yürüdərsə, hamısı bu ölkədə vətən xaini elan olunacaq. Türkiyə elə bir həddə çatıb ki, bu seçkilərdə …
Read More »Litva Prezidenti: “Azərbaycanla sıx və məhsuldar tərəfdaşlıq əlaqələrimiz mövcuddur”
“Litva ilə Azərbaycan arasında sıx və məhsuldar tərəfdaşlıq əlaqələri mövcuddur”. Boyukmillet.com xəbər verir ki, bu fikirlər Litva Respublikasının Prezidenti Gitanas Nausedanın Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda əksini tapıb. Litva dövlət başçısının məktubunda qeyd edilib: “Hörmətli cənab Prezident! Azərbaycanın müstəqilliyinin 105-ci ildönümü münasibətilə Sizə və xalqınıza təbriklərimi çatdırır, hamınıza sülh və firavanlıq arzulayıram. Litvaya son səfərinizdə Sizinlə görüşməkdən çox …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar