“Əlbəttə ki, böyük məsuliyyət böyük işlər tələb edir. İlk növbədə, mənim bütün tapşırıqlarımı yerinə yetirməlisiniz. Mən hər dəfə bölgələrə rəhbər vəzifələrə şəxsləri təyin edəndə verdiyim tapşırıqlar onlar üçün əsas iş prinsipləri olmalıdır – ilk növbədə, xalqa xidmət etmək, xalqla bir yerdə olmaq”. Boyukmillet.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların …
Read More »Qəzaya uğrayan “C-130” təyyarəsi ilə bağlı YENİ DETALLAR
Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C-130” yük təyyarəsi ilə bağlı yeni detallar məlum olub. Boyukmillet.com xəbər verir ki, Türkiyənin “Sözcü” qəzeti qəzaya uğrayan hərbi nəqliyyat təyyarəsinin uzun bir tarixə malik olduğunu bildirib. Qəzetin məlumatına görə, təyyarə 1968-ci ildə istehsal olunub və ilk olaraq Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrində istifadə edilib və istismardan çıxarılıb. 2010-cu ildə isə təyyarəni …
Read More »ABŞ-a görə ümumi səfərbərlik ELAN EDİLDİ
Venesuela hökuməti ölkənin Silahlı Qüvvələrində kütləvi səfərbərliyin başladığını elan edib. Boyukmillet.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Məlumatda bildirilir ki, bu qərar ABŞ qüvvələrinin Karib dənizi regionuna köçürülməsinə cavab olaraq qəbul edilib. Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez sözlərinə görə, bu addım ABŞ-dan gələn “imperialist təhdidə” cavabdır. Bundan başqa, müdafiə naziri Bolivar milisinin (vətəndaşlardan ibarət ehtiyat qüvvələrinin) iştirak edəcəyi …
Read More »Paşinyandan təxribatçı açıqlama: “Çar xəritələrində Azərbaycan yoxdur”
Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərlə söhbətində Azərbaycanla münasibətlər və “əsir ermənilər” (erməni terrorçular – red.) məsələsi barədə açıqlama verib. Boyukmillet.com xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. O, hökumətin bu istiqamətdə gündəlik iş apardığını və məsələ ilə bağlı “cavabın artıq hazır olduğunu” qeyd edib: “Bizim əsir düşən həmvətənlərimizlə (erməni terrorçuları nəzərdə tutur – red.) bağlı cavabımız var. Hökumət …
Read More »ABŞ Katolik kilsəsi Trampa qarşı birləşdi
ABŞ yepiskopları özlərinə yeni lider seçiblər. Boyukmillet.com “Bloomberg”ə istinadən xəbər verir ki, seçkidən dərhal sonra din xadimləri artan deportasiyalar fonunda miqrantların qorunmasını prioritet elan ediblər. Amerikalı Roma Katolik yepiskopları Baltimorda keçirilən illik görüşlərində deportasiya siyasəti və miqrantların hüquqlarının qorunması ilə bağlı artan mübahisələr fonunda ABŞ Katolik Yepiskopları Konfransının yeni prezidentini seçiblər. Təşkilatın yeni prezidenti mühafizəkar ilahiyyatçı və sosial məsələlərdə daha proaktiv …
Read More »“Qarabağ” dünya reytinqində daha 17 pillə irəlilədi
“Qarabağ” klubu dünya reytinqində daha 17 pillə irəliləyib. Boyukmillet.com -un məlumatına görə, bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 192,25 xalı olan Azərbaycan çempionu 82-ci sıradan 65-ci yerə qalxıb. “Sabah” 296-cı mövqedən 276-ya, “Zirə” 407-dən 387-yə, “Araz-Naxçıvan” 391-dən 390-a yüksəlib. Qeyd edək ki, 502 klubun yer aldığı siyahıda Fransa təmsilçisi PSJ 567 xalla liderdir.
Read More »Trampdan BBC ilə bağlı ŞOK ETİRAF
ABŞ prezidenti Donald Tramp Britaniya Yayım Korporasiyasına (BBC) qarşı böhtan iddiası qaldırmağa məcburdur. Boyukmillet.com xəbər verir ki, bunu Tramp “Fox News”a verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, BBC onun çıxışını redaktə etməklə sözlərinin mahiyyətini təhrif edib: “Düşünürəm ki, məcbur olacağam. Niyə də yox? Çünki onlar ictimaiyyəti çaşdırdılar. Və bunu etiraf ediblər. Düşünürəm ki, bunu etmək mənim öhdəliyimdir. Çünki insanların bunu etməsinə …
Read More »Rusiyanın Ukrayna ilə bağlı 3 mərhələli PLANI
Rusiya Ukraynanı tam ələ keçirmək üçün üç mərhələli strategiya hazırlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Foreign Affairs” jurnalı yazıb. Mənbənin məlumatına görə, ilk mərhələ yeganə hərbi əməliyyatların nəzərdə tutulduğu mərhələdir. Bu mərhələdə Kreml Ukraynanın kifayət qədər bölgəsini işğal etməyi və ya dağıtmağı hədəfləyir ki, ölkənin qalan hissəsinin iqtisadi dayanıqlığı yalnız Rusiyadan asılı vəziyyətə düşsün. Rus strateqləri hesab edirlər …
Read More »Türkiyə Milli Müdafiə Nazirliyi təyyarə qəzasında 20 hərbçinin öldüyünü təsdiqləyib
Türkiyə Milli Müdafiə Nazirliyi Gürcüstanda C-130 nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçinin həlak olduğunu təsdiqləyib. Bu barədə Boyukmillet.com nazirliyin yaydığı bəyanata istinadən xəbər verir. “Noyabrın 11-də Gürcüstan-Azərbaycan sərhədində C-130 hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması nəticəsində 20 hərbçimiz həlak olub. Səhər saat 6:30-da Gürcüstan hakimiyyəti ilə razılaşdırılaraq təyyarəmizin qəzaya uğradığı yerdə axtarış-xilasetmə əməliyyatlarına və qəza ilə bağlı araşdırmalara başlanılıb”, – deyə məlumatda …
Read More »Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşır
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,7 ABŞ dolları, yaxud 4,15 % artaraq 67,78 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçerslərinin qiyməti 64,32 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 2,68 ABŞ dolları və ya 4,26 % artaraq 65,57 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar