Mayın 22-də ölkəmizdə səfərdə olan Avropa Şurası İnsan Hüquqları və Qanunun Aliliyi Direktoratlığının rəhbəri Xristos Ciakomopoulos və Siyasi Məsələlər və Xarici Münasibətlər üzrə Direktoratlığının rəhbəri Papa Miroslav ilə Baş prokurorun birinci müavini Elçin Məmmədov arasında görüş keçirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib. Qonaqları salamlayan Elçin Məmmədov Azərbaycanın Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatlar çərçivəsində …
Read More »Sinan Oğan qərarını açıqlayıb: ikinci turda Ərdoğanı dəstəkləyəcək
“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası), hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib. Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər
Mayın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüs Qədim şəhərini gəziblər. Boyukmillet.com xəbər verir ki, dövlət başçısına və birinci xanıma Vilnüs Qədim şəhərinin tarixi haqqında məlumat verilib. Bildirilib ki, Vilnüs Qədim şəhərin arxitekturasında keçmişin və gələcəyin vəhdəti hiss olunur. Şimali Avropanın Orta əsrə aid ən böyük şəhərlərindən sayılan Vilnüsün Qədim şəhər hissəsinin sahəsi təqribən 3,6 …
Read More »Paşinyandan etiraf: “Ağrı dağı Türkiyənin beynəlxalq səviyyədə tanınmış ərazisindədir”
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsində ən hündür dağın Ararat (Ağrı dağı) deyil, Araqats olduğunu söyləyib. Boyukmillet.com “Novosti Armenia”ya istinadən xəbər verir ki, bu barədə Paşinyan mayın 22-də keçirdiyi mətbuat konfransında bildirib. “Ararat və Araqatsdan söz düşmüşkən, mən Ermənistanın suveren ərazisi olan və ya olmayan ərazilərdən danışıram. Araqat Ermənistanda, Ağrı dağı isə Türkiyədədir. Türkiyə ilə bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. …
Read More »Hesablama Palatası Səfərbərlik üzrə Dövlət Xidmətində yoxlamalar aparır
Hesablama Palatası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində yoxlamalar aparır. Bununla bağlı məlumatı Dövlət Xidmətindən təsdiqləyiblər. Xatırladaq ki, bu il martın 17-də Prezident İlham Əliyev qurumun rəisi Arzu Rəhimovu vəzifəsindən azad edib, onun yerinə isə Mürsəl İbrahimovu təyin edib.
Read More »Ararat Mirzoyan: “Azərbaycan və Ermənistan sülh müqaviləsinin iki maddəsini razılaşdırıb”
Rəsmi Bakı və İrəvan ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən görüşdə sülh müqaviləsinin iki maddəsini razılaşdırıb. Boyukmillet.com “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvanda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Avropa məsələləri üzrə dövlət nazirinin müavini Leo Doçerti ilə keçirdiyi birgə mətbuat konfransında deyib. O bildirib ki, digər maddələr ətrafında səmimi danışıqlar olub: “Biz …
Read More »İlham Əliyev və Mehriban Əliyeva Litvanın müstəqilliyi uğrunda həlak olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər
Mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vilnüsdə Litvanın müstəqilliyi uğrunda mübarizədə həlak olanların xatirəsinə ucaldılan abidəni ziyarət ediblər. Bu barədə “Report”un Vilnüsə ezam olunan əməkdaşı xəbər verir. Dövlət başçısının şərəfinə burada fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyev abidənin önünə əklil qoyub. Qeyd edək ki, abidə Antakalnis qəbiristanlığında yerləşir. Burada Sovet qoşunlarının Litva Radio və …
Read More »Səfərbərlik Xidmətinin rəisinə yeni müavin təyin edilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinə yeni müavin təyin edilib. Bu barədə Dövlət Xidmətindən məlumat verilib. Prezident İlham Əliyevin Sərəncamına əsasən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-leytenant Zaur Qasım oğlu Abdullayev tutduğu vəzifədən azad edilib. Dövlət başçısının digər Sərəncamı ilə Azər Aydın oğlu Məmmədov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti …
Read More »Naxçıvan “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb
Bu gündən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Naxçıvan regional “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb. Bu barədə Dövlət Agentliyindən məlumat verilib.Bildirilib ki, Naxçıvan “ASAN xidmət” mərkəzi ümumilikdə, respublika üzrə 26-cı mərkəzdir. Mərkəzin tikintisinə 2020-ci ildə başlanılıb. 2023-cü ilin may ayında tikintisi başa çatdırılıb.“ASAN xidmət” mərkəzi Naxçıvan şəhəri Seyid Cəfər Pişəvəri 7 ünvanında …
Read More »Azərbaycan tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlayacaq
“Azərbaycanın bərpa olunan enerji mənbələri sahəsində böyük potensialı var”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 22-də Vilnüsdə Litva-Azərbaycan biznes forumunun açılışında deyib. Prezident qeyd edib ki, Azərbaycan təbii qaz hasilatını artırır: “Biz tezliklə Xəzər dənizindəki daha bir böyük yataqdan təbii qaz hasilatına başlanılacağını elan edəcəyik”.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar