Çərşənbə , 8 Aprel 2026

autor

İnsan alverinə qarşı mübarizə üzrə İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası təsdiqlənib

Nazirlər Kabineti “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası”nı təsdiq edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” (Qayda) “İnsan alverinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci maddəsinin üçüncü cümləsinə əsasən hazırlanmışdır və …

Read More »

XİN başçısı AŞ-ın zirvə görüşündə Ermənistanın azərbaycanlı itkinlərlə bağlı məlumatları gizləməsi barədə məsələ qaldırıb

Xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının İslandiyanın Reykyavik şəhərində keçirilən 4-cü zirvə görüşündə çıxış edib. Xarici İşlər Nazirliyindən bildirilib ki, o, Azərbaycanın Avropa Şurasını, Avropa məkanında insan hüquqları, demokratik dəyərlər və qanunun aliliyinin qorunması istiqamətində qarşılıqlı fəaliyyətin göstərilməsi baxımından mühüm platforma kimi dəyərləndirdiyini qeyd edib. Bu xüsusda, Azərbaycanın hər zaman olduğu kimi konstruktiv dialoqa və birgə …

Read More »

Ceyhun Bayramov: “Azərbaycan Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyasını təmin etmək əzmindədir”

“Azərbaycan hökuməti ölkənin Qarabağ bölgəsində yaşayan etnik ermənilərin bərabərhüquqlu vətəndaşlar kimi siyasi, hüquqi, iqtisadi və sosial cəhətdən reinteqrasiyasını təmin etmək əzmindədir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının İslandiyanın Reykyavik şəhərində keçirilən sammitində deyib. O söyləyib ki, bununla bağlı beynəlxalq sənədlərlə yanaşı, Azərbaycanın Konstitusiyası və qanunvericiliyi də möhkəm əsas təmin edir. “Keçmiş münaqişənin yaralarını sağaltmaq …

Read More »

Nazir: “Ermənistanın təxribatları sülh prosesinin irəlilədilməsinin qarşısında duran əsas çağırışlardandır”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində İspaniya Krallığının xarici işlər, Avropa İttifaqı və əməkdaşlıq naziri Xose Manuel Albares Bueno ilə görüşüb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə, Azərbaycan və İspaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda baş verən hadisələr müzakirə olunub. C.Bayramov, iki ölkə …

Read More »

XİN rəhbəri: “Azərbaycan ərazisində minalar hər gün insan ölümünə səbəb olur”

“Azərbaycan ərazisinin kütləvi şəkildə minalarla çirklənməsi və bununla paralel Ermənistanın minalanmış sahələrin dəqiq xəritələrini təqdim etməkdən imtina etməsi ciddi humanitar təhlükədir və demək olar ki, hər gün insan ölümünə səbəb olmaqda davam edir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib. “Azərbaycan Ermənistana münaqişədən sonra normallaşma proqramını təklif edib. Tərəflər bir-birinin …

Read More »

Azərbaycanın sabiq mədəniyyət nazirinə yeni vəzifə verilib

Boyukmillet.com-un məlumatına görə, o, təşkilatın Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri təyin edilib. Azərbaycanın sabiq mədəniyyət naziri Anar Kərimova İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatında (ISESCO) vəzifə verilib. A.Kərimov təşkilata üzv dövlətlərin müxtəlif qurumları, eləcə də beynəlxalq təşkilatlar və strukturlarla tərəfdaşlıq əlaqələrini gücləndirmək, ISESCO-nun dünya miqyasında təsirini artırmaq, proqramları dəstəkləmək üçün lazım olan maliyyə resurslarını səfərbər etməklə məşğul olacaq. …

Read More »

Mayın 19-da Moskvada Azərbaycan, Rusiya və Ermənistan XİN başçılarının üçərəfli görüşü olacaq

Mayın 19-da Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov və Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüşü olacaq. Boyukmillet.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova mayın 17-də keçirdiyi brifinqdə bildirib. Görüşdə Bakı və İrəvan arasında normallaşma prosesi ilə bağlı məsələlər müzakirə olunacaq. Onun sözlərinə görə, Moskva …

Read More »

Ceyhun Bayramov: “Münaqişənin başa çatması sülhün qurulması üçün imkanlar və real perspektivlər yaradıb”

“Qarabağ münaqişəsinin sona çatması sülhün qurulması, sabitliyin möhkəmləndirilməsi, dinc yanaşı yaşama və barışığın təmin edilməsi, iqtisadi inkişafa və əməkdaşlığa sərmayə yatırmaq üçün imkanlar və real perspektivlər yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Reykyavikdə keçirilən Avropa Şurasının sammitində deyib. Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra öz ərazisində təhlükəsizlik problemləri ilə üzləşən ölkədən qlobal …

Read More »

QHT-lər Dövlət Departamentinin illik hesabatına etiraz edib – BƏYANAT

Azərbaycanda fəaliyyət göstərən bir qrup Qeyri-Hökumət Təşkilatı (QHT) ABŞ Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatına etiraz edərək bəyanat yayıb. Boyukmillet.com-un xəbərinə görə bəyanatda deyilir: “Bu yaxınlarda ABŞ Dövlət Departamentinin rəsmi saytında 2022-ci il üzrə Beynəlxalq Dini Azadlıqa bağlı hesabatda Azərbaycan barədə yazı dərc olunub.Bununla bağlı bildirmək istəyirik ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci …

Read More »

Dövlət naziri: “Britaniya Azərbaycan və Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir”

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa Şurasının Dövlət və Hökumət Başçılarının 4-cü Zirvə Görüşü çərçivəsində Böyük Britaniyanın Yaxın Şərq, Şimali Afrika, Cənubi Asiya və BMT üzrə dövlət naziri Tariq Mahmud Əhməd ilə görüşüb. Xarici İşlər Nazirliyindən  verilən məlumata görə, görüşdə, Azərbaycan və Böyük Britaniya arasında mövcud ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regional məsələlər müzakirə …

Read More »