Çərşənbə , 8 Aprel 2026

autor

Can Umut Çiner: “Azərbaycan Qoşulmama Hərəkatında mühüm rola malikdir”

“Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində Azərbaycan Afrika regionuna xüsusi diqqət ayırıb”. Boyukmillet.com xəbər verir ki, bunu Ankara Universitetinin Afrika Araşdırmaları Mərkəzinin nümayəndəsi, professor Can Umut Çiner Afrika Gününə həsr olunmuş “Qlobal çağırışlar əsrində Afrikanın gücləndirilməsi və çoxtərəfliliyin təşviqi: Qoşulmama Hərəkatının rolu” mövzusunda konfransda çıxışı zamanı deyib. Onun sözlərinə görə, Azərbaycan Qoşulmama Hərəkatında mühüm rola malikdir. “Dünya çox dəyişkən olub, böhranların sayı …

Read More »

Putin: “Rusiya İran və Azərbaycanla yükdaşımalarla bağlı sazişin imzalanacağına ümid edir”

“Rusiya İran və Azərbaycanla dəmir yollarının və yük daşımalarının inkişafı sahəsində əməkdaşlığa dair sazişin hazırlanmasının tezliklə başa çatacağına ümid edir”. Boyukmillet.com xəbər verir ki, bunu İranda Rəşt-Astara dəmir yolu hissəsinin (Şimal-Cənub dəhlizinin bir hissəsi) yaradılmasına dair sazişin imzalanması mərasiminə videobağlantı vasitəsilə qoşulan Rusiya Prezidenti Vladimir Putin deyib. “Bu gün haqqında danışdığımız bu dəhlizin yaradılması kontekstində qarşılıqlı fəaliyyət Azərbaycanla sıx tərəfdaşlıq …

Read More »

Peruda mikroavtobus qəzaya uğrayıb, 10 nəfər ölüb

Perunun qərbində mikroavtobusun uçurumdan aşması nəticəsində azı 10 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Andina” agentliyi məlumat yayıb. Məlumata görə, avtobusda olan digər 9 sərnişin sağ qalıb. Lakin polis xəsarətlərin ağırlığına görə yol qəzası qurbanlarının sayının arta biləcəyini istisna etmir. Hadisənin səbəbləri hələ müəyyən edilməyib. Polisin məlumatına görə, mikroavtobus Ankaş əyalətində körpünün üzərinə çıxarkən uçurumdan aşıb.

Read More »

Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb

2022-ci ildə dünyada edamların sayı son beş ildə ən yüksək olub. Çin, İran, ABŞ və digər ölkələrdə edamların sayı kəskin şəkildə artıb. Boyukmillet.com xəbər verir ki, bununla bağlı rəqəmləri beynəlxalq “Amnesty International” insan haqları təşkilatı təqdim edib. Məlumata görə, 2022-ci ildə 20 ölkədə 883 nəfərə ölüm hökmü çıxarılıb və hökm icra edilib. Bu, ötən illə müqayisədə 53% çoxdur. Qeyd olunur …

Read More »

Blinken: “ABŞ Çinlə soyuq müharibə istəmir”

ABŞ Çinlə münaqişə və ya soyuq müharibə istəmir. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken Konqresdə dinləmələr zamanı deyib. Onun sözlərinə görə, ABŞ Çinə öz hərəkətlərini diktə edə və ölkənin siyasi trayektoriyasını müəyyən edə bilməz, lakin öz baxışını təbliğ etmək və rəqabət aparmaq hüququna malikdir. Bundan əvvəl Çin Müdafiə Nazirliyinin sözçüsü Tan Kefei ABŞ-ın Rusiya və Çin …

Read More »

Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb

Rusiya Federasiyasının Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə məktub ünvanlayıb. Boyukmillet.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu! Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin atanız dünya tarixində görkəmli siyasi xadim, müasir Azərbaycan dövlətçiliyinin rəmzi kimi tanınıb. O, öz xalqının layiqli oğlu olaraq, yeni Azərbaycanın – beynəlxalq aləmdə müstəqil …

Read More »

“Bu şəhərdə”nin səhnəciyi İranı çalxaladı – Video

“Bu şəhərdə” komandasının Heydər Əliyev sarayında baş tutan “Əkkiz mart” konsertindən paylaşılan səhnəcik İran sosial şəbəkələrində müzakirəyə çıxarılıb. Boyukmillet.com xəbər verir ki, “Milyonçu şouda iranlı nazir” başlığı ilə Yutub platformasına yerləşdirilən səhnəcik qısa müddətdə həm güneylilər arasında, həm də İranın bir sıra Teleqram kanallarında paylaşılıb. Səhnəcikdə iranlı nazirə ünvanlanmış suallarda İran-Azərbaycan münasibətlərinin hazırkı durumu yumorla göstərilib. İranda azərbaycanlıların ana dilindən məhrum …

Read More »

Əcnəbilərə Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib

Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilib. Boyukmillet.com-un xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Miqrasiya Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və …

Read More »

Prezident: “Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi”

Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin fəaliyyəti nəticəsində ölkəmiz ən ağır dövrlərdə öz müstəqilliyini qoruyub saxlaya bildi və inkişaf yoluna qədəm qoydu. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadini qəbul edərkən deyib. İkitərəfli münasibətlərə toxunan dövlət başçısı Azərbaycanla İordaniyanın dost və qardaş ölkələr olduğunu və əlaqələrimizin müxtəlif …

Read More »