Çərşənbə , 8 Aprel 2026

autor

Ermənistan XİN: “Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”

“Sülh müqaviləsinin mətni danışıqlar masasındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan liderləri arasında Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşündən hər iki ölkənin xarici işlər nazirləri bir araya gələcəklər: “Nazirlərin görüşünün mayın 19-da baş tutacağı planlaşdırılır”. M.Səfəryan görüşün harada keçiriləcəyini açıqlamayıb.

Read More »

İlham Əliyev və Mehriban Əliyeva Şuşada 23 binadan ibarət yaşayış kompleksinin tikintisi ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri mayın 10-da Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işlərinin gedişi ilə tanış olublar. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib. Bildirilib ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi …

Read More »

Ankara və İrəvan arasında abidə qalmaqalı

“Nemezis” abidəsi məsələsi Ermənistan parlamentinin sədri Alen Simonyan və Türkiyə parlamentinin sədri Mustafa Şəntop arasında müzakirə mövzusu olub. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın hakim “Mülki Müqavilə” partiyasından olan deputat Babken Tunyan deyib. “Türkiyə tərəfi bildirib ki, ikitərəfli münasibətlərin normallaşdırılması fonunda Ermənistanda belə abidələrin necə açıldığı aydın deyil. Simonyan cavab verib ki, münasibətləri normallaşdırmaq istəyi varsa, belə hadisələr maneə ola …

Read More »

Ordumuzda andiçmə mərasimləri keçirildi

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Boyukmillet.com xəbər verir ki, mərasimlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına …

Read More »

Rusiya səfiri Polşa XİN-ə çağırılıb

Rusiya səfiri Polşa Xarici İşlər Nazirliyinə çağırılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Polşa XİN-dən məlumat verilib. Bildirilib ki, buna səbəb Qara dəniz üzərində Polşa təyyarəsi ilə bağlı yaranan insidentdir. Qeyd edək ki, bir neçə gün əvvəl, mayın 7-də Polşa təyyarəsi səmada Rusiya qırıcısı ilə üz-üzə gəlib. Texnikaların toqquşma təhlükəsi yaranıb. Nəticədə Polşa təyyarəsinin pilotu idarəetməni müvəqqəti olaraq itirib.

Read More »

Fazil Mustafa “Avroviziya”dan danışdı: “Bəzi ölkələrin qiyafətində görünməyimiz lazım deyil”

“Avroviziya” ilə bağlı yarışları izləmirəm. Mənim maraq dairəmə aid deyil. Amma müəyyən kəsim insanları maraqlandırırsa, yarışmanın hansısa tələbləri varsa, bu tələblərə uyğun şəkildə təmsilçiliyi zərərli hesab etmirəm. Azərbaycan olaraq bütün platformalarda təmsil olunmağa çalışmalıyıq. Təbii ki, “Avroviziya”da Azərbaycan xarakterini, mədəniyyətini nümayiş etdirməliyik. Qalib gəlmək, yaxud hansısa şəkildə tələb olunan formalara girmək yerinə daha çox Azərbaycanın tanıtımı, Azərbaycan mahnılarının səslənməsini təmin …

Read More »

Ukrayna NATO-ya mütləq üzv olacaq, amma…

“Ukrayna Alyansa qoşulacaq. Yeganə sual onun nə vaxt qoşulacağıdır”. Boyukmillet.com xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib. O, Ukraynanın Alyansa üzv olacağına artıq şübhə etmir. “Bütün NATO müttəfiqləri Ukraynanın Alyansa üzv olacağına razıdır. Bütün müttəfiqlər razılaşırlar ki, Ukrayna öz yolunu seçmək hüququna malikdir”, – Stoltenberq bildirib. “Məsələ ondadır ki, Ukraynanın NATO-ya nə vaxt daxil olacağı barədə mən …

Read More »

Putindən Gürcüstanla bağlı mühüm qərarlar

Rusiya Gürcüstanla viza rejimini ləğv edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin fərman imzalayıb. Fərmana əsasən, mayın 15-dən Gürcüstan vətəndaşları üçün viza rejimi ləğv olunur. Prezidentin digər sərəncamı ilə Rusiya aviaşirkətlərinin uçuşlarına və Gürcüstana turların satışına qoyulan qadağalar da aradan qaldırılıb.

Read More »

Hikmət Hacıyev: “Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır!”

“Azərbaycan var olduqca Ulu Öndər və onun irsi yaşayır!”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tviterdə yazıb. “Dahi insanların təqvimdə yalnız doğum tarixləri olur! Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini və 100 illik yubileyini böyük ehtiramla yad edirik”, – o bildirib. …

Read More »

Ankarada Heydər Əliyevin abidəsi ziyarət olunub

Türkiyənin paytaxtı Ankaradakı Heydər Əliyev parkında Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov tviterdə paylaşım edib. “100 illik yubileyi münasibətilə müstəsna şəxsiyyət, böyük dövlət adamı, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xatirəsini hörmət və ehtiramla yad etdik”, – deyə o bildirib. Ümummilli lider Haydar Aliyev'in 100. doğum yıldönümü gününde …

Read More »