Çərşənbə , 8 Aprel 2026

autor

Prezident Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib

Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada Molla Pənah Vaqif və Pənahəli xan küçələrinin kəsişməsində lövhələrin açılışında iştirak edib. Boyukmillet.com xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına küçələrdə görüləcək işlər barədə məlumat verib. Bildirilib ki, Molla Pənah Vaqif küçəsinin uzunluğu 2473 metr, eni isə yol yatağına uyğun olaraq 10-15 metr aralığında dəyişir. Pənahəli xan küçəsinin …

Read More »

Şuşanın Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub

Mayın 9-da Şuşa şəhərinin Qarabağ küçəsində inşa olunacaq qeyri-yaşayış binasının təməli qoyulub. Boyukmillet.com xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Qarabağ və Sadıqcan küçələrində görüləcək işlər barədə məlumat verilib. Bildirilib ki, Qarabağ küçəsində inşa ediləcək yaşayış binasının ümumi sahəsi 5400 kvadratmetr olacaq. Dörd mərtəbədən və zirzəmi qatından ibarət binada yerləşəcək mənzillərdən 24-ü ikiotaqlı, 6-sı isə üçotaqlıdır. Qeyd edilib …

Read More »

Azərbaycanın Baş naziri SpaceX şirkətinin prezidenti ilə görüşüb

Azərbaycanın Baş naziri Əli Əsədov mayın 9-da ölkəmizdə səfərdə olan ABŞ-ın “Space Exploration Technologies Corporation” (SpaceX) şirkətinin prezidenti və baş əməliyyat direktoru xanım Qven Şotvel ilə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüşdə Azərbaycanda Starlink internet xidmətlərinin göstərilməsi ilə bağlı SpaceX şirkəti ilə imzalanacaq ilkin razılıq sazişinin əhəmiyyəti vurğulanıb. Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları, o cümlədən elektron hökumət, distant təhsil sahələrinin və kosmos …

Read More »

YAP nümayəndə heyəti Türkiyədə azərbaycanlıların ağsaqqallarından olan Samet Yolcunun yas mərasimində iştirak edib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının (YAP) nümayəndə heyəti azərbaycanlıların ağsaqqallarından olan Kars Soylu köyünden Samet Yolcunun İstanbul şəhərində yas mərasimində iştirak edib. Boyukmillet.com xəbər verir ki, mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatı Şamil Ayrım, AK Parti Ataşehir ilçe başqanı Burak Çifçi, Kars-Ardahan-Iğdır təhsil və mədəniyyət təşkilatının sədri Əkrəm Tanyıldız, Milli Məclisin deputatları Nizami Səfərov, Aydın Mirzəzadə, Kəmaləddin Qafarov, …

Read More »

Ukrayna Prezident Ofisinin əməkdaşı müharibədə həlak olub

Ukrayna Prezident Ofisinin əməkdaşı Oleksiy Titarenko müharibədə həlak olub. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak tviterdə paylaşım edib. Bildirilib ki, o, Donetsk vilayətinin cəbhə xəttində döyüşürdü. O.Titarenko Prezident Ofisinin Daxili və Humanitar Siyasət Direktorluğunda baş məsləhətçi vəzifəsində çalışıb.

Read More »

Ərdoğan: “Türkiyədə məmurların maaşları 45% artacaq”

“Türkiyədə məmurların maaşı 45% artacaq, minimum əmək haqqı isə 15 min lirə olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü il İctimai Kollektiv Əmək Müqaviləsi Çərçivə Anlaşması Protokolunun imzalanma mərasimində deyib. “Bu kollektiv müqavilə çərçivəsində sosial təminat payı da daxil olmaqla, maaşları 45% artırırıq. Beləliklə, dövlət qulluqçusunun ən aşağı maaşı 15 min lirə olacaq”, – o …

Read More »

Beyləqan Rayon Polis Şöbəsində Ulu Öndər Heydər Əliyevin xatirəsi anılıb

Beyləqan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Rayon Polis Şöbəsində davam etdirilən tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən şöbənin rəisi, polis …

Read More »

Türkiyənin xaricdəki nümayəndəliklərində səsvermə bu gün bitəcək

Türkiyənin xaricdəki nümayəndəlikləri 28-ci çağırış prezident və parlament seçkiləri üçün səsvermə prosesini bu gün başa çatdıracaq.   Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Türkiyə Ali Seçki Komissiyasının (YSK) məlumatlarına istinadən məlumat yayıb. Bildirilib ki, aprelin 27-dən bu yana 1,7 milyondan çox səs hüququ olan vətəndaş xaricdə və sərhəd-keçid məntəqələrində səs verib. Sərhəd-buraxılış məntəqələrində səsvermə mayın 14-dək davam edəcək. …

Read More »

Hürriyət: “Türkiyədə prezident seçkiləri ilk turda Ərdoğanın qələbəsi ilə başa çatacaq”

Türkiyədə prezident seçkiləri ilk turda hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə başa çatacaq, seçkilərdə seçicilərin 90%-dən çoxu iştirak edəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə çərşənbə axşamı “Hürriyət” qəzeti son keçirilən, lakin MSK-nın qadağası səbəbindən dərc olunmayan sorğunun məlumatlarına istinadən yazıb. “Prezident seçkiləri yekun mərhələyə qədəm qoyarkən Ərdoğan və Kılıçdaroğluna səsvermədə maraqlı hadisələr yaşanır. Qadağaya görə, sorğunun nəticələri …

Read More »

Heydər Əliyev bir gəncin gözü ilə

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin inkişafı naminə böyük işlər görmüş Ulu Öndər hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. O, ölkəmizə rəhbərlik etdiyi ilk vaxtlardan xalqının oxuyub elm, bilik sahibi olmasına daim diqqət yetirmişdir. O, “Təhsil millətin gələcəyidir”,- deyərək gənclərin təhsilinə böyük önəm verməyə başladı. Ulu Öndər hər zaman Zirvədə dayanacaq bir şəxsiyyətdir. …

Read More »