Ukrayna rus işğalçıları ilə tam qələbəyə qədər mübarizə aparacaq. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov rusiyalı təbliğatçıların öldürülməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib. “Bu məsələni davam etdirməyin. Deyə biləcəyim budur ki, Ukraynanın tam qələbəsinə qədər dünyanın istənilən yerində rusları öldürürük və öldürəcəyik”, – Budanov bildirib.
Read More »Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır
Füzuli yaşayış kompleksinin 2023-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un əraziyə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) mətbuat xidmətinin rəhbəri Diana Dadaşova deyib. Onun sözlərinə görə, Füzuli yaşayış kompleksinin inşası Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyinə tapşırılıb və mayın 5-də Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli …
Read More »438-ci gün: Rusiya Ukraynanın itkilərini açıqladı
Rusiya müharibənin 438-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat verib. “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 418 təyyarəsi, 230 helikopteri, 4027 PUA-sı, 421 zenit-raket kompleksi, 9014 tank və digər zirehli texnikası, 1096 reaktiv yaylım atəş sistemi, 4754 artilleriya və minaatanı, 10037 xüsusi hərbi …
Read More »İsveçrə Almaniyaya 25 ədəd “Leopard” tankını sata bilər
İsveçrə hökuməti tezliklə Almaniyaya istismardan çıxarılan 25 ədəd “Leopard” tankının yenidən satılması ilə bağlı qərar verəcək. Boyukmillet.com xəbər verir ki, bunu İsveçrənin xarici işlər naziri İqnazio Kassis “SonntagsZeitung” qəzetinə deyib. O əlavə edib ki, hökumət 96 ədəd “Leopard 2” tankının Almaniyaya satılması təklifinin parlamentdə müzakirəsini diqqətlə izləyir. İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Kristin Berisvil bildirib ki, Ukraynaya silahların tədarükü ölkə …
Read More »Suriya yenidən Ərəb Dövlətləri Liqasına qayıtdı
Suriya yenidən Ərəb Dövlətləri Liqasına qayıdıb. Boyukmillet.com xəbər verir ki, bu barədə İraqın xarici işlər naziri Əhməd Əs-Səhaf məlumat verib. Ərəb Dövlətləri Liqasına üzv ölkələrin xarici işlər nazirləri Suriyanın təşkilata qaytarılması barədə qərar qəbul ediblər”, – məlumatda qeyd olunub. Qeyd edk ki, Suriya 2011-ci ildə bu təşkilatdan uzaqlaşdırılmışdı.
Read More »İstanbulda Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib
İstanbulda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə bağlı konfrans keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Türk-İslam Dünyası Kültür və İqtisadiyyat Dərnəyinin, Azərbaycanın Zirvə İslahatlara Dəstək Mərkəzinin təşkilatçılığı ilə İstanbul Bağçılar Bələdiyyəsinin “Başkan” konfrans salonunda baş tutub. Tədbirə Bakı Dövlət Universitetinin müəllimləri Asifə Əliyeva, Sona Məmmədbəyova, Azərbaycanın İstanbuldakı Baş konsulluğundan konsul Zaur Allahverdizadə, Bağçılar Bələdiyyəsinin qeyri-hökumət təşkilatları üzrə …
Read More »Slovakiyanın Baş naziri istefa verib
Slovakiyanın Baş naziri Eduard Heger ölkə Prezidenti Zuzana Çaputovadan onu hökumət başçısı vəzifəsindən azad etməklə bağlı müraciət ünvanlayıb. Slovakiyanın müvəqqəti hökumətinə rəhbərlik edən Heger nazirlərin istefası ilə bağlı belə bir qərar qəbul edib. Bundan əvvəl onun kabinetinin bir neçə naziri, o cümlədən Xarici İşlər Nazirliyinin rəhbəri də müvafiq müraciət göndərib. E. Hegerin bazar günü Çaputova ilə görüşəcəyi gözlənilir. Artıq ölkə …
Read More »Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım tədbiri keçirilib
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı şəhid polkovnik İlqar Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, hərbi qulluqçular, Milli Qəhrəmanın ailə üzvləri, yaxın qohumları, döyüş yoldaşları, tələbələr, məktəblilər və digər qonaqlar iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü …
Read More »İranda daha bir molla bıçaqlandı
Mayın 6-da Güney Azərbaycanın Savə şəhərində vətəndaşların geyim tərzinə müdaxilə edən molla ağır şəkildə döyülüb və bıçaqlanıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Savə şəhərinin prokuroru Əbülhəsən Şərifi açıqlama verib. O, ağır yaralanan mollanın xəstəxanaya yerləşdirildiyini və hücum edən şəxsin saxlanıldığını deyib.
Read More »Elan edildi: Rusiya daxilində azadlıq ordusu yaradılır
Rusiya daxilində artıq bir azadlıq ordusu yaradılır və bu ordu nə vaxtsa Rusiya rejiminin zəifləməsindən istifadə edərək onları öz ərazilərindən qovacaq. Boyukmillet.com xəbər verir ki, bunu İnquş Müstəqillik Komitəsinin nümayəndəsi Ruslan Yoluloy bildirib. Youloy qeyd edib ki, İnquşetiyanın nə Putinlə, nə də bir müddət əvvəl hər hansı azadlıq hərəkatına qarşı çıxan Rusiya müxalifəti ilə gələcəyi var. “Biz artıq öz azadlıq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar