Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu təsis edilir. Boyukmillet.com xəbər verir ki,13-14 May tarixlərində dünyanın bir çox ölkələrindən tanınmış diaspor nümayəndələri, eləcə də azərbaycanlı iş adamları İsveçin paytaxtı Stokholmda Dünya Azərbaycanlılarının Beynəlxalq Fondunu təsis edəcəklər. Toplantıda yalnız təsisçilər iştirak edəcək. Gələcəkdə fondun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Bununla bağlı fondun təsisçiləri arasında artıq online zoom konfransı baş tutub, bəzi məsələlər müzakirə edilib. …
Read More »Pentaqon pilotsuz tanklar hazırlamaq niyyətindədir
ABŞ pilotsuz qayıqlar və uçuş aparatları üzərində təcrübələr aparır və gələcəkdə də pilotsuz tanklar hazırlamağa ümid edir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib. O qeyd edib ki, Pentaqon “əslində pilotsuz olacaq” müasir qırıcı və bombardmançı təyyarələr üzərində təcrübə aparır. “Gələcəkdə siz yük maşınlarını, tankları …
Read More »Dövlət Departamenti: “Cənubi Qafqazda sülh prosesinə sadiqik”
ABŞ Cənubi Qafqazda sülh prosesinə və dinc gələcəyə dəstəkdə sadiqdir. Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinqdə deyib. “Biz hesab edirik ki, birbaşa dialoq məsələlərin həllinin açarıdır”, – o bildirib. Vaşinqtonda səfərdə olan Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə dair suala gəldikdə isə Patel “hadisələri qabaqlamamağa” çağırıb.
Read More »Milli: “Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir”
Rusiya NATO və ya ABŞ ilə müharibə istəmir. Eyni zamanda, Vaşinqton da Moskva ilə hərbi qarşıdurmaya can atmır. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli “Foreign Affairs” jurnalına müsahibəsində deyib. Onun sözlərinə görə, hər kəs eskalasiyanın qarşısını almaqda maraqlıdır: “Ukrayna da bu miqyasda qarşıdurma üçün sınaq meydançasına çevrilməkdə maraqlı deyil”, – Milli deyib. …
Read More »ABŞ-də yaşayan türklər prezident seçkilərində aktiv iştirak edir
Türkiyədə mayın 14-də keçiriləcək prezident və 28-ci çağırış parlament seçkiləri üçün ABŞ-də 9 fərqli səsvermə məntəqəsi yaradılıb. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Boston, Çikaqo, Los-Anceles, Mayami və Hyuston Baş Konsulluqlarında, həmçinin Türkiyənin Vaşinqtondakı səfirliyində və Nyu-Yorkdakı “Türk Evi”ndə yaradılan seçki məntəqələrində səsvermə prosesinə start verilib. Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun xidmət sahəsində olan vətəndaşlar “Türk Evi”ndə qurulmuş məntəqəyə axın ediblər. Məntəqədə …
Read More »KİV: Kiyev Vaşinqtonla daha az məxfi məlumat paylaşmağa başlayıb
Ukrayna sızan məxfi sənədlər fonunda ABŞ ilə daha az məlumat paylaşmağa başlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Politico” nəşri avropalı iki məmura istinadən məlumat yayıb. Bildirilib ki, rəsmi Kiyev əks-hücum ərəfəsində növbəti sənədlərin işıqlandırılmasından çəkinir. Ancaq Vaşinqtondakı “Politico” mənbələri Kiyevin davranışında heç bir dəyişiklik hiss etməyib, bununla belə, etiraf ediblər ki, Ukrayna bu cür məlumatların paylaşılmasında həmişə ehtiyatlı olub …
Read More »Sudanda 1 həftəlik atəşkəsə dair razılıq əldə olunmayıb
Sudan Çevik Reaksiya Qüvvələri (xüsusi təyinatlılar) Sudan ordusu ilə 7 günlük atəşkəsə razı olmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə hərbi birləşmənin rəisinin müşaviri Yusif İzzət məlumat verib. O vurğulayıb ki, ümumiyyətlə, ÇRQ atəşkəs ideyasını rədd etmir. “Yeddi günlük atəşkəsə dair razılaşmamız haqqında danışmaq tezdir. Hazırda 1 həftəlik atəşkəsə razı deyilik”, – Yusif İzzət telekanala açıqlamasında deyib. Daha əvvəl bildirilmişdi …
Read More »Krasnodar diyarında neft məhsulları rezervuarı alışıb, dron zərbəsi olduğu iddia olunur
Rusiyanın Krasnodar diyarının Taman limanı yaxınlığındakı neft məhsulları rezervuarı alışıb. Boyukmillet.com xəbər verir ki, bu barədə regionun başçısı Viniamin Kondratyev teleqramda bildirib. Onun sözlərinə görə, yanğına ən yüksək çətinlik dərəcəsi verilib. Region başçısı hadisə nəticəsində ölən və ya yaralananların olmadığını da vurğulayıb: “Alovun daha da yayılmasının qarşısını almaq üçün hər cür səy göstərilir. Kənd sakinləri üçün heç bir təhlükə yoxdur”. Eyni …
Read More »Burmester: “İdman siyasiləşməlidir”
İdman apolitik deyil, öz qanuni maraqlarını müdafiə etmək üçün onu siyasiləşdirmək lazımdır. Boyukmillet.com xəbər verir ki, bu barədə Almaniya Olimpiya İdman Konfederasiyasının İdarə Heyətinin sədri Torsten Burmester deyib. O, Rusiyanın Ukraynadakı müharibəsindən sonra beynəlxalq idmanın “siyasi ab-havanın dəyişməsinə” uyğunlaşmağın çətin olduğunu vurğulayıb. “Biz dönə-dönə siyasi reallıqlarla üzləşməli olacağıq. Ola bilsin dünya idmanında sistemli münaqişələrin yeni erasına daxil olmaqla, bizə daha …
Read More »Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili məqsədi ilə Göygöl rayonunda Dəyirmi masa keçirildi
“Əlillərin Beynəlxalq Əməkdaşlığı Uğurunda” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qrant müsabiqəsinə təqdim olunan “Vətən Müharibəsində iştirak edən qazilərə sosial psixoloji dəstək tədbirlərinin təşkili” adlı layihənin qalib olmuşdur. Boyukmillet.com xəbər verir ki, Layihənin məqsədi: Lənkəran şəhərində və Göygöl rayonunda, hər birində 20 nəfər olmaqla, ümumilikdə 40 nəfər ağır, sosial-psixoloji vəziyyətdə olan Vətən Müharibəsində iştirak edən qazilərə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar