Aprelin 23-ü saat 15:10 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Qızılcıq yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Minkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Read More »Bakıda TBMM-in fəaliyyətə başlamasının 103-cü ildönümü qeyd edilib
Bakıda 23 Nisan – Ulusal Egemenlik və Çocuk Bayramı və Türkiyə Böyük Millət Məclisinin (TBMM) fəaliyyətə başlamasının 103-cüildönümü münasibətilə tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyinin Təhsil müşavirliyi tərəfindən təşkil edilən tədbir Heydər Əliyev Sarayında baş tutub. Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı, Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Əhliman Əmiraslanov, müxtəlif təşkilatların nümayəndələri və digər qonaqlar …
Read More »Ayxan Hacızadə: “Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadəi səbəbindən sərhəd-keçid məntəqəsi yaradıb”
“Azərbaycan Ermənistanın Laçın-Xankəndi yolundan sui-istifadə etməsi və bunun nəticəsində təhlükəsizlik təhdidləri səbəbindən iki ölkənin sərhədində sərhəd-keçid məntəqəsi yaradıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə tviter hesabında yazıb. “Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq”, – A.Hacızadə qeyd edib.
Read More »Serbiyalı nazir: “Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi”
“Azərbaycanda gördüyüm idman infrastrukturu məni yaxşı mənada təəccübləndirdi”. Boyukmillet.com xəbər verir ki, bunu Bakıda səfərdə olan Serbiyanin idman naziri Zoran Qayiç Milli Gimnastika Arenasında jurnaslitlərlə görüşü zamanı deyib. Paytaxtda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun bağlanış mərasimində iştirak edəcək funksioner bildirib ki, dünyada bu cür möhtəşəm idman obyektləri çox azdır: “Burada idmanın inkişafı üçün ideal şərait var. Buna görə ölkə …
Read More »XİN: Laçın yolunda sərhəd-nəzarət mexanizmi təhdidlər və təxribatlar nəzərə alınaraq, təsis edilib
Laçın yolunun başlanğıcında sərhəd-nəzarət mexanizmi təhdidlər və təxribatlar nəzərə alınaraq, təsis edilib. Boyukmillet.com xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatda yer alıb. Qeyd edilir ki, Üçtərəfli bəyanatın imzalanmasından keçən iki il yarım müddət ərzində Azərbaycan tərəfi davamlı şəkildə Laçın yolunun Ermənistan tərəfindən genişmiqyaslı sui-istifadə hallarına diqqəti …
Read More »DSX-nin postunun qoyulması Qarabağdakı mülki ermənilərin Laçın yolundan istifadəsini məhdudlaşdırmır
Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması yoldan Qarabağda yaşayan mülki ermənilərin istifadəsini məhdudlaşdırmır. Boyukmillet.com xəbər verir ki, DSX-nin postunun qoyulması, əksinə qanuni və tənzimlənən gediş-gəliş üçün şərait yaradır. Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ və suverenliyinin növbəti təsdiqidir. Ermənistan birtərəfli qaydada Laçın-Xankəndi yolunun üzərində …
Read More »Azərbaycan XİN: “Sərhəd təhlükəsizliyinin təmin edilməsi qanunun aliliyi üçün zəruri şərtdir”
“Sərhəd təhlükəsizliyinin təmin edilməsi, habelə hərəkətin təhlükəsizliyinin həyata keçirilməsi Azərbaycan Hökumətinin preroqativi və milli təhlükəsizlik, dövlət suverenliyi, qanunun aliliyi üçün zəruri şərtdir”. Boyukmillet.com xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatda yer alıb. “Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan …
Read More »XİN: Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edəcək
Laçın yolunda sərhəd-nəzarət mexanizminin təsis edilməsi hərəkət üzrə şəffaflığı təmin edəcək. Boyukmillet.com xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd nəzarət-buraxılış məntəqəsinin təsis edilməsi barədə bəyanatda yer alıb. Azərbaycan Hökuməti, Ermənistan tərəfinin Laçın-Xankəndi yolundan 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanata zidd şəkildə sistemli və genişmiqyaslı qanunsuz məqsədlər üçün sui-istifadənin davam etdiyini və …
Read More »Qarabağ bölgəsində yaşayan erməni sakinlərin keçidi üçün müvafiq şərait yaradılacaq
Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şərait yaradılacaq. Boyukmillet.com xəbər verir ki, bu fikir, Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi yolunun …
Read More »Bakıda Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib
Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçirilib. Boyukmillet.com xəbər verir ki, Vətən müharibəsinin 30 nəfərdən çox iştirakçısı və qazisinin qatıldığı veloyürüşə Dənizkənarı Milli Parkın ərazisində yerləşən “Dəniz Mall” ticarət və əyləncə mərkəzinin yaxınlığından start verilib. İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar