Azərbaycanda daha 14 Vətən müharibəsi iştirakçısı polis orqanlarında xidmətə qəbul olunub. Boyukmillet.com xəbər verir ki, aprelin 11-də daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib. Sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 132 nəfər seçim turunun …
Read More »Ərdoğanın liderliyi: 100-cü ilinə “Doğru adam”la gedən Türkiyə – ŞƏRH
Türkiyənin qazandığı uğurlar: Ankara dünyada söz sahibinə çevrilib Türkiyə Cümhuriyyətinin 100 illik tarixində mövcud hakimiyyət daha uzunömürlü və qətiyyətli olub. 1991-ci ildən 2002-ci ilədək Türkiyədə 7 dəfə hökumət dəyişib. Bundan əvvəl isə Türkiyə hərbi çevrilişlərin baş verdiyi ölkə olaraq tanınırdı. Çevrilişlərdən sonra isə Türkiyə hər iki ildən bir dəyişən, bəzən bir neçə ay sürən hökumətlər ölkəsi idi. Türkiyədə belə bir …
Read More »Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarını müzakirə edib
Azərbaycan və Türkiyə sahibkarları birgə investisiya imkanlarının araşdırılması, yeni işgüzar əməkdaşlıqların qurulması məsələlərini müzakirə edib. AZPROMO-nun dəstəyi ilə Türkiyə İxracatçılar Məclisi (TİM) tərəfindən Türkiyə və Azərbaycan sahibkarlarının iştirakı ilə Bakıda işgüzar görüş keçirilib. Tədbirdə sənaye, kənd təsərrüfatı, qida, logistika, əczaçılıq, maliyyə və konsaltinq, İKT, tekstil və s. sahələrdə fəaliyyət göstərən 70-dən çox iş adamı iştirak edib. Biznes dairələri üçün təşkil edilən …
Read More »Paşinyanın sərsəm açıqlamaları, gözlənilən erməni təxribatı – vəziyyət Azərbaycan Ordusunun nəzarəti altındadır – ŞƏRH
Bu gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Rəsmi məlumata görə, qarşı tərəfin təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Erməni tərəfindən də ciddi itkilər olub. Ermənistan KİV-in məlumatına görə, onların azı 3 hərbçisi ölüb. Ermənistanın xüsusi ordu …
Read More »Azərbaycan Ombudsmanı beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb
Azərbaycan Ombudsmanı Səbinə Əliyeva beynəlxalq ictimaiyyəti Ermənistanın əməllərini pisləməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Ombudsmanın Ermənistanın 11 aprel təxribatı ilə bağlı açıqlamasında deyilir. Açıqlamada deyilir ki, regionda sülhün və əmin-amanlığın təmini üçün Ermənistanın hərbi təxribatlardan əl çəkməsi ilə bağlı dünya ictimaiyyətinə dəfələrlə çağırış və bəyanatlar ünvanlanmasına baxmayaraq bu təxribatların davam etdirilməsi Ermənistanın sülh prosesində maraqlı olmadığını, işğalçılıq niyyətlərindən əl …
Read More »“Caliber”: “Ermənistan ərazi bütövlüyümüzə qəsd edib və buna görə cavab verəcək”
Ermənistan tərəfi artilleriya və pilotsuz uçuş aparatlarından (PUA) istifadə edir, düşmənin canlı qüvvəsi və ağır texnikasının Laçın istiqamətində cəmləşməsi qeydə alınıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Caliber” internet-nəşri özəl mənbələrə istinadən yazıb. Nəşr yazır ki, Ermənistan artilleriya və zirehli tank qoşunlarını toplayır, güman etmək olar ki, Ermənistan tərəfi ciddi hərbi əməliyyata hazırlaşır. “Bu gün baş verənlər Azərbaycanın ərazi bütövlüyü …
Read More »Azərbaycan lideri Monteneqronun yeni Prezidentini təbrik edib
Prezident İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Yakov Milatoviçə təbrik məktubu ünvanlayıb. Boyukmillet.com-un xəbərinə görə, məktubda deyilir: “Hörmətli cənab Milatoviç, Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Azərbaycan-Monteneqro dostluq və əməkdaşlıq əlaqələri xoş ənənələrə malikdir. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylər göstərəcəyik. Sizə ən xoş arzularımı yetirir, möhkəm …
Read More »Bakıda Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək
Bakıda müasir Azərbaycanın qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konsert proqramı təşkil ediləcək. Boyukmillet.com xəbər verir ki, konsert aprelin 17-də saat 19:00-da Bakıdakı “Rus Evi”ndə keçiriləcək. Tədbirin konsert proqramı Azərbaycanın Rus Gəncləri Assosiasiyası tərəfindən hazırlanıb. Konsertdə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin solisti Günay Qasımova, beynəlxalq festivalların laureatı Kənan Qədimov, Qara Qarayev adına Azərbaycan Dövlət Kamera …
Read More »Nazir: “Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”
“Rusiya Prezidenti Vladimir Putin Avstriyaya səfər etsə həbs olunacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Avstriyanın Avropa İttifaqı və hökumətdə konstitusiya işləri üzrə naziri Karoline Edtştadler “Tagesspiegel”ə müsahibəsində bildirib. O deyib ki, Avstriya beynəlxalq hüquqa dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcək: “Mən mülki məsələlər üzrə cinayət işləri üzrə hakimi olmuşam. Həbs qərarının Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən verilməsi o deməkdir ki, əgər Rusiya …
Read More »Azərbaycanda dövlət kombinatı ləğv olunur
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Təsərrüfat hesablı Təchizat və İstehsalat İdarəsinin Təsərrüfat hesablı Baza Sənaye Kombinatı ləğv olunduğunu elan edib. Boyukmillet.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir. Məlumata görə, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Nərimanov rayonu, Seyid Yəhya Bakuvi küçəsi, ev 20 ünvanına bildirə bilərlər. Xatırladaq ki, Baza Sənaye …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar