“Azərbaycan cəmiyyətində qadınların rolu getdikcə artır. Qadınlar müxtəlif sahələrdə, o cümlədən təhsildə, siyasətdə, biznesdə, incəsənətdə fəal iştirak edir, ölkənin inkişafına mühüm töhfələr verirlər”. Bunu “Report”a açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib. O bildirib ki, Azərbaycanda qadın hüquqlarının müdafiəsi, onlar üçün yaradılan imkanların daha da genişləndirilməsi dövlət siyasətində prioritet istiqamətlərdən biridir: “Ölkəmizdə dövlət qadın siyasətinin müəllifi olan ümummilli lider Heydər …
Read More »ATƏT sədrinin Gürcüstana səfəri başlayıb
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Bujar Osmaninin Gürcüstana səfəri başlayıb. Boyukmillet.com xəbər verir ki, o bu barədə tviterdə yazıb. “Cənubi Qafqaza səfərimə Tbilisidən başlayıram. Müzakirələri səbirsizliklə gözləyirəm”, – deyə B.Osmani qeyd edib. O bildirib ki, prioritet milli hakimiyyət orqanları və vətəndaş cəmiyyətləri ilə işdir: “ATƏT 2008-ci ildə baş vermiş münaqişənin nəticələrinin həllində …
Read More »Prezident İlham Əliyev Qazaxıstana rəsmi səfərə gedib
Aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasına rəsmi səfərə gedib. Boyukmillet.com xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Astana şəhərinin Nursultan Nazarbayev Beynəlxalq Aeroportunda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Qazaxıstanın Baş naziri Alixan Smailov və digər rəsmi şəxslər qarşılayıblar.
Read More »Qazi və şəhid ailələrinin sosial təminatı daha da gücləndirilir
Prezident İlham Əliyevin “Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin dövlət icbari şəxsi sığorta vəsaiti hesabına maliyyələşdirilməsi haqqında” imzaladığı sərəncamla müharibə ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri ilə bağlı sosial müdafiə və sosial təminat tədbirlərinin maliyyələşdirilməsi 2023-cü ildə də formalaşan dövlət icbari şəxsi sığorta vəsaiti hesabına həyata …
Read More »Azərbaycan Ordusunun iki hərbçisi itkin düşüb
Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report”a Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, hərbi qulluqçularımızın axtarışı ilə bağlı zəruri tədbirlər görülür.
Read More »Heydər Əliyevin 100 illiyinə həsr olunan elmi-praktik konfrans keçirilib
Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsində “Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə” həsr olunmuş fakültənin Tələbə Elmi Cəmiyyətinin V elmi-praktik konfransı keçirilib. Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, konfransda Tibb İdarəsinin və Hərbi Tibb Fakültəsinin tibb xidməti zabitləri, Milli Müdafiə Universitetinin, Azərbaycan Tibb Universitetinin müəllim-professor heyəti, tələbə və kursantlar iştirak ediblər. Əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin …
Read More »Türkiyədə yol qəzası olub, 12 hərbçi yaralanıb
Türkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə yol qəzası olub. Boyukmillet.com xəbər verir ki, hadisə bu gün səhər saatlarında baş verib. Bildirilib ki, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.
Read More »Süleyman Soylu: “Kimsə Türkiyənin böyüməsinə və inkişafına mane ola bilməyəcək”
“Kimsə Türkiyənin böyüməsinə, inkişafına mane ola bilməyəcək”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu polisin yaranmasının 178-ci ildönümü münasibətilə keçirilən tədbirdə deyib. O vurğulayıb ki, Türkiyə polisi terror və narkotiklə mübarizədən tutmuş sərhəd qaçaqmalçılığına və soyğunçuluğa qədər öz işinin öhdəsindən layiqincə gəlir. S.Soylu fevralın 6-da baş verən güclü zəlzələnin fəsadlarının aradan qaldırılması zamanı Türkiyə polisinin fəaliyyətini …
Read More »Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb
“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib. O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”. Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər. Qeyd …
Read More »Mövlud Çavuşoğlu: “Azərbaycan döyüş meydanında türkün gücünü bütün dünyaya göstərdi”
“Bu gün Türkiyənin milli müdafiə sənayesinin 80 faizi yerli istehsaldır. Əgər biz bu səviyyəyə çatmasaydıq, Türkiyə pilotsuz uçuş aparatları (PUA) istehsal etməsəydi, hava hücumundan müdafiə sistemlərini, hücum silahlarını, PUA-lar da daxil olmaqla bütün imkanlarımızı ortaya qoymasaydıq, Azərbaycan Qarabağı işğaldan azad etməkdə çətinlik çəkərdi”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O vurğulayıb ki, Azərbaycan müharibəyə …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar